Vaqif Sadıqovla Şenol Günəşi bağlayan klub
29.10.2011 - 10:51
Vaqif Sadıqovla Şenol Günəşi bağlayan klub
Azərbaycanlı Vaqif Sadıqovun məşqçisi olduğu Rusiyanın “Anji” klubu daha bir tanınmış mütəxəssisə dəvət göndərib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisi baş məşqçi postunda Şenol Günəşin namizədliyini nəzərdən keçirir. “Anji”nin milyarder sahibi Süleyman Kərimov 2006-cı ildə İtaliya yığmasını dünya çempionu edən baş məşqçi Marçello Lippi ilə razılığa gələ bilmir. Kərimov buna alternativ olaraq “Trabzonspor”u çalışdıran Günəşə müraciət etməyi qərara alıb.

59 yaşlı mütəxəssisin ən böyük uğuru Türkiyə yığması ilə olub. O, milli komandasına 2002-ci il dünya çempionatında bürünc medal qazandırıb. Şenol həmin vaxt DÇ-2002-in seçmə mərhələsində milli komandamıza Bakıda 1:0, İstanbulda 3:0 hesabı ilə qalib gəlmişdi.