“Xəzər Lənkəran”ın oynadığı stadionda 92 yaşlı qadın azarkeş
02.11.2011 - 10:20
“Xəzər Lənkəran”ın oynadığı stadionda 92 yaşlı qadın azarkeş
Sabah Avroliqanın qrup mərhələsinin IV turu çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Stok Siti” (İngiltərə) oyununda unikal hadisə baş verəcək. Apasport.az saytının məlumatına görə, 92 yaşlı azarkeş Meybl Smit “Blumfild” stadionunda oyunu izləməklə, dünya futbol tarixində görünməmiş hadisə baş verəcək. “Stok Siti” çılğın azarkeşi olan ingilis xanımın 62 illik stajı var. Yəni Smit 1949-cu ildən bu komandanın fanatıdır: “Mən “Stok Siti”yə vurulandan sonra bütün həyatım boyu onun 1 və ya 2 oyununu buraxmışam. Bu da doğuşla bağlıdır. Bu dəfə İngiltərədə uşaqlarımı, nəvələrimi və nəticələrimi qoyub, səfərə 500 funt sterlinqlə xərcləməyi qərara aldım. Mən hərəkətimlə heç bir başqa azarkeşlərdən fərqlənmirəm. Mən qışqırıram, mahnı oxuyuram, hakimləri söyürəm və hətta “Stok Siti” qol vuranda, tullanıram. Açığı, doğma komandamın Premyer Liqada oynayacağını ümid etmirdim. O ki qaldı avrokuboklara. Bilirəm ki, çoxları məni ağlını itirmiş qarı sayır. Ancaq bu, məni qətiyyən təəssüfləndirmir”.

Qeyd edək ki, “Xəzər Lənkəran” bu yay avrokuboklarda məhz “Blumfild”də debüt edib. Komandamız Avroliqanın II təsnifat mərhələsinin ilk oyununda “Makkabi”yə 1:3 hesabı ilə uduzub.