“Azərbaycanla ilk oyundakı səhvlərdən nəticə çıxardıq”
02.11.2011 - 10:27
“İlk oyunda olduğu kimi yenə Azərbaycan yığmasını eyni hesabla məğlub etdik. Lakin bu dəfə daha yaxşı və daha keyfiyyətli oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Litvanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vitautas Vaskunas deyib.
O, Azərbaycan yığması ilə 2-ci yoldaşlıq oyunundan sonra mütəxəssis matç haqda fikirlərini açıqlayıb: “Biz həqiqətən də güclü olan rəqibə 2 dəfə qalib gəlməyi bacardıq. İlk oyunun düzgün təhlili nəticəsində 2-ci matçda daha üstün oynamağı bacardıq. Biz ilk matçdakı səhvlərimizdən nəticə çıxarıb onları təkrarlamadıq. Ötürmələrin dəqiqlik səviyyəsini artırmağa, topa daha çox nəzarət etməyə çalışdıq. Məncə biz bunu bacardıq”.
Vaskunas millimiz üzərində 2 dəfə qazanılan 1:0 hesablı qələbələrin faydasından danışıb: “Bu 2 matç bizim üçün çox faydalı və vacib idi. Gələn ilin payızında U-17-lər arasında Avropa çempionatının seçmə oyunlarına hazırlaşırıq. Həmin vaxta 1 ildən az qalıb. Bu üzdən hər beynəlxalq matçın önəmi böyükdür. Belə oyunlar futbolçularımıza daha çox özünəinam verir. Yetirmələrim 2 gün ərzində böyük həvəslə can yandırdılar və döyüşkənlik nümayiş etdirdilər. Buna görə onlara təşəkkür edirəm”.

0
0