Nikolay Adam: Bundan böyük xoşbəxtlik ola bilməz
02.11.2011 - 10:36
Nikolay Adam: Bundan böyük xoşbəxtlik ola bilməz
“Litvanın qonağı olub bu ölkənin milli komandası ilə yoldaşlıq oyunları keçirməkdən böyük xoşbəxtlik ola bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-16) baş məşqçisi Nikolay Adam deyib.

Almaniyalı mütəxəssis Litvada yerli yığma ilə keçirilən 2-ci yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Bu qarşılaşmaların nəticələri bizim üçün əhəmiyyət kəsb etmir. Biz ona sevinirik ki, yığmanın oyunçularını yoxlamaq imkanımız oldu. Həm də müxtəlif sistemləri sınaqdan keçirdik. Mən dəvət və ideal şərait üçün Litva tərəfə təşəkkür edirəm”.

Qeyd edək ki, yığmamız hər 2 oyunda 0:1 hesabı ilə uduzub.
0