Yığmamızın futbolçularına 15 dəqiqə vaxt verildi
02.11.2011 - 11:59
Yığmamızın futbolçularına 15 dəqiqə vaxt verildi
Noyabrın 11-də Tiranada Albaniya ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin mətbuat üçün açıq məşqinin və mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, mətbuat qarşısına əvvəl futbolçular, ardınca baş məşqçi Berti Foqts çıxacaq. Futbolçulara konfrans üçün cəmi 15 dəqiqə vaxt verilib.


10 noyabr
10:45. Futbolçuların mətbuat konfransı.
11:00. Baş məşqçinin mətbuat konfransı.

10 noyabr
11:00. Mətbuat üçün açıq məşq.

Qeyd edək ki, mətbuat konfransları və mətbuat üçün açıq məşq Tirana şəhərindəki “Qemal Stafa” stadionunda keçiriləcək.