Millimizlə oyuna baş məşqçi tapılmır
02.11.2011 - 12:05
Millimizlə oyuna baş məşqçi tapılmır
Noyabrın 11-də millimizlə qarşılaşacaq Albaniya yığması problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, rəqib komanda müqaviləsi bu ilin sonunda başa çatan baş məşqçi Yosip Kujeyə əvəzləyici tapmaqda çətinlik çəkir.

Xorvatiyalı çalışdırıcının Albaniya yığmasının qarşıdakı 2 yoxlama oyununda iş başında olacağı da sual altındadır. Belə ki, noyabrın 11-də millimizlə, 4 gün sonra isə Makedoniya ilə görüşlərə komandanı meydana Kujenin çıxaracağı da artıq inandırıcı görünmür.

Bu üzdən Albaniya Futbol Federasiyası həmin matçlarda yığmaya kimin rəhbərlik etməsini müzakirə edir. Böyük ehtimalla, millimizlə oyunda bu funksiyanı Kujenin köməkçisi Camal Mustedanagiç icra edəcək.