Fərhad Vəliyev: “Bakı” ilə oyunda heç bir həyəcanım yox idi
02.11.2011 - 12:11
“İlk dövrədə “Sumqayıt Şəhər”lə görüşdə gözlənilməz xallar itirdik. Oyunda çoxlu imkanlarımız olsa da, bundan yararlana bilmədik. İndi bizi yenə də ciddi sınaq gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib.
31 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın XII turundakı rəqibləri “Sumqayıt Şəhər” haqda fikirlərini açıqlayıb: “Sonuncu matçda AZAL-a qalib gəliblər. Əhval-ruhiyyələri yaxşıdır. Ən azından xal almağa çalışacaqlar. Amma biz də qələbə qazanmaq istəyirik”.
Vəliyev onu əsas heyətdən sıxışdıran serbiyalı Bojan Pavloviçlə rəqabətdən də danışıb: “Son oyunda qapıda durmağıma gəlincə, mən daim məşq edib öz şansımızı gözləyirdim. Tam səmimi deyirəm, Bojanla aramda, sadəcə idman rəqabəti var. Bir-birimizi hər zaman dəstəkləyirik. Qurban Qurbanov kimə şans verirsə, o da ən yaxşısını etməyə çalışır. Bojanla yanaşı, daha bir gənc perspektivli Osman Umarov da var. Güclü rəqabətin olması bizim işimizin xeyrinədir.
“Qarabağ” üçün ən yaxşısını etməyə çalışırıq. “Bakı” ilə oyunda heç bir həyəcanım yox idi. Düzdür, istər-istəməz oyun praktikası öz sözünü deyir. Amma hər hansı problem yaşanmadı. “Sumqayıt Şəhər”lə oyuna da əvvəlki qaydada hazırlaşırıq. Qapıda kimin dayanmasına baş məşqçi qərar verəcək. Əsas odur ki, doğma azarkeşlərimiz qarşısında qələbə qazanaq”.

0
0