Premyer Liqada 175870 azarkeş
02.11.2011 - 18:11
Premyer Liqanın I dövrəsinin oyunlarını stadiondan 175870 azarkeş izləyib. Apasport.az saytının məlumatına görə, hər matça orta hesabla 2664 nəfər düşür. Ən çox azarkeş V turda qeydə alınıb - 36950. Stadionlara ən az azarkeş isə XI turda gəlib - 8600.
Azarkeşlərinin çoxluğu ilə öyünən əyalət komandalarının oyunlarına marağın böyük olduğu statistikadan da görünür. Əsas çəkiyə Lənkəran və Gəncə malikdir. Belə ki, I dövrədə “Xəzər Lənkəran”ın oyunlarını 50500, “Kəpəz”in matçlarını 43200 azarkeş canlı izləyib. Azarkeşlərin ümumi sayının 93700-ü bu 2 əyalət klubunun payına düşür.
Ən az azarkeş isə “Bakı”nın oyunlarında qeydə alınıb. Bu, 2520 azarkeşdən ibarətdir. I dövrədə ən çox azarkeşin qeydə alındığı oyun V turun “Kəpəz” - AZAL matçı olub - 15000 azarkeş.
Mənbə: pfl.az

- Dirk Kuyt gələcəyi barədə danışdı: “Burada qalmaq istəyirəm”
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
0
0