Mircavadovun yanındakı uşaq, yaxud yaşın nə fərqi var?
02.11.2011 - 19:00
Yaxşı deyiblər ki, ağıl yaşda deyil, başdadır. Bunun ən bariz nümunəsi Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunun ötən gün Belarusda keçirilən oyununda oldu.
“Milan” BATE ilə həmin səfər matçında büdrədi – 1:1. Son illərdə ölkəsinin dəyişməz çempionu olan Borisov təmsilçisi Avropanın ən nüfuzlu turnirini ən çox qazananların birindən xal qopardı. Düzdür, bu, milanlılar üçün faciə sayılmadı. Çünki son İtaliya çempionuna 1/8 finala vəsiqəni rəsmiləşdirmək üçün 1 xal da yetərli idi və bu, reallaşdı.
Ən maraqlı məqam isə ondadır ki, BATE-nin baş məşqçisi Viktor Qonçarenko nəinki “Milan”dakı həmkarı Massimiliano Alleqri, rəqibin hətta xeyli futbolçusundan yaşca kiçikdir. Konkret olaraq, milanlıların 8 futbolçusu bu ilin iyunun 10-da 34 yaşı tamam olan Qonçarenkodan böyükdür. Bunlar qapıçılar Kristian Abyatti, Flavio Roma, müdafiəçilər Alessandro Nesta, Canluka Zambrotta, Mario Yepes, yarımmüdafiəçilər Mark van Bommel, Klarens Zeedorf və Cennaro Qattuzodur. Ancaq o, BATE-nin gənc çalışdırıcısı kimi, belə tanınmış futbolçularla görüşdən məğlub ayrılmadı.
Sözsüz ki, Qonçarenkonun tayları hələ futbol oynayırlar, karyeralarını bitirmək düşünmürlər. Ancaq belaruslu məşqçilik karyerasına daha tez başladı və əslində bu, məcburiyyətdən oldu. Çünki keçmiş müdafiəçi 2001-ci ildə BATE-də oynadığı zamanı məşqdə aldığı ciddi zədə - sol diz nahiyəsində xaçvari bağların qırılmağı nəticəsində yaşıl meydanda çıxışını 23 yaşında başa vurmalı oldu.
İstənilən halda, Qonçarenko ruhdan düşmədi və indi məşqçi kimi Avropada “at oynadır”. Əslində, onu gənc yox, artıq yetərincə təcrübəsi olan məşqçi adlandırmaq daha düzgün olardı. Təsadüfi deyil ki, son 3 ildə ölkəsinin ən yaxşı məşqçisi seçilir. Əgər Avropa futbolunda artıq öz sözünü demiş məşqçilərdən danışırıqsa, Andre-Villaş Boaşı da mütləq qeyd etməliyik. Yeri gəlsə, o, Qonçarenkodan da kiçikdir, 1978-ci il təvəllüdlüdür. Ancaq Boaşın ötən mövsüm çalışdırdığı “Porto” fırtına kimi əsirdi. Onun rəhbərliyi altında komanda təkcə Portuqaliya çempionu yox, Avroliqanın da qalibi oldu. Nəticədə Karlos Ançelotti kimi təcrübəli mütəxəssisi istefaya göndərəndən sonra baş məşqçi axtaran “Çelsi” 33 yaşlı çalışdırıcını “sükanı arxası”na gətirməkdən çəkinmədi.
Əlbəttə, indiki şəraitdə klublarımızın “Çelsi” ilə hətta müqayisə olunmağının yeri yoxdur. Ancaq BATE ilə bağlı vəziyyət fərqlidir. Hər halda, onun büdcəsi bir sıra klublarımızdan aşağıdır. Azərbaycan maddi imkanlarına görə Belarusu üstələyir. Bu mənada BATE-nin uğuru bizdə istər-istəməz qısqanclıq yaradır.
Klublarımızın avrokuboklarda hələ də qrupa düşə bilməməyindən danışanda, hər dəfə BATE-ni xatırlayırıq. Bu komanda artıq 2-ci dəfədir ÇL-in qrupunda oynayır, “Milan” və “Barselona”yadək “Real” və “Yuventus”la görüşmək imkanı qazanıb. Belarus çempionunun Avroliqanın qrup mərhələsinin iştirakçısı olmağı ilə də öyünə bilər. Son 3 ildə qazanılan bu uğurların baş memarı isə həmin Qonçarenkodur.
Deməli, BATE-nin bu səviyyəyə çatmağında müstəsna xidmətləri olan 34 yaşlı baş məşqçi bizimkilərə də örnək ola bilər. Bir sözlə, əgər bir insanın istedadı, bacarığı varsa, ona güvənmək və özünü göstərməyə imkan yaratmaq lazımdır. Bir də ki, yaşın nə fərqi var?
P.S: Qonçarenko ən titullu məşqçimiz olan Ağasəlim Mircavadovun yanında uşaqdır. BATE ilə yeganə görüşümüz məhz Mircavadovun timsalında olub və onun 2008-ci ilin yanvarında rəhbərlik etdiyi “Xəzər Lənkəran” “Birlik kuboku”nun yarımfinalında Belarus çempionuna qalib gəlməyi bacardı – 2:1. 65 yaşlı mütəxəssisimiz həmin vaxt Sankt-Peterbuqrda keçirilən turnirin qalibi olmaqla, “Birlik kuboku”nu 2 müxtəlif komanda ilə qazanan yeganə baş məşqçimizdir.
Mehman SÜLEYMANOV

0
0