Het-triksiz, pokersiz nə çempionat?
03.11.2011 - 10:15
Premyer Liqanın başa çatan I dövrəsində 142 qol vurulub. Apasport.az saytının məlumatına görə, klublarımız cari mövsümün baş tutan 65 oyununda bu qədər rəqib qapısına yol tapıb.
Əslində, I dövrədə 66 oyun olub. Sadəcə, III turda “İnter” – “Bakı” matçı başa çatdırılmayıb. Çünki ev sahibləri “Şəfa” stadionundakı görüşün son dəqiqələrində meydanı tərk etdilər və AFFA-nın İntizam Komitəsi buna görə onlara 0:3 hesablı texniki məğlubiyyət verdi. Bu üzdən qeydə alınan 145 qoldan üçünü çıxmaq lazımdır. Hər halda, bu qollar oyunda vurulmayıb.
Orta məhsuldarlığa nəzər salsaq, hər oyuna 2,2 qol düşdüyünü görərik. Bu, pis göstərici olmasa da, futbolçuların özlərinin məhsuldarlığı yetərincə deyil. Hər halda, I dövrədə dubllar olsa da, nəinki penta-trik, poker, hətta het-trik qeydə alınmayıb. Bundan əlavə, bombardirlər yarışına başçılıq edən “Turan”ın ukraynalı legioneri Sergey Artyux 5 qol vurub ki, bu da çox deyil. Özü də ölkəmizdə öncə “Simurq”da oynayan legioner qollardan ikisinə penaltidən imza atıb.
Komandaların vurduğu qolların sayı turnir cədvəlindəki ümumi sıralamaya uyğun gəlir. Yəni 1-ci yerdə olan “Xəzər Lənkəran” ən çox (17), sonda gedən “Sumqayıt Şəhər” ən az (5) qol vurub. “Kəpəz” I dövrəni 8-ci yerdə bitirsə də, məhsuldarlığı diqqət çəkir – 15 qol. Gəncə klubu bu planda onun qədər fərqlənən “Qarabağ”la 2-3-cü pilləni bölüşdürür.
Ən az qol buraxanlara nəzər salsaq, “Xəzər Lənkəran”la “İnter”in şərik olduğunu (hər ikisi 7) görərik. Ancaq əvvəl qeyd etdiyimiz kimi, “İnter”ə texniki məğlubiyyət verildiyindən, həmin 3 qolu buraxmayıb. Yəni “bankirlər” 4 top buraxaraq, ən yaxşı göstəriciyə malikdir. Sumqayıt təmsilçisi isə çox qol (15) buraxsa da, bu, ən pis göstərici deyil. Bu baxımdan sonuncu “Sumqayıt Şəhər”i 1 pillə qabaqlayan AZAL-dır (16 qol).
Qeyd edək ki, I dövrənin ən məhsuldar oyunu VI turda Zaqatalada olub. “Simurq” – “Kəpəz” (4:2) matçında azarkeşlər 6 qolun şahidi ola biliblər.

0
0