“Neftçi” – “Xəzər Lənkəran” oyunu gənc hakimə etibar olundu
02.11.2011 - 18:39
“Neftçi” – “Xəzər Lənkəran” oyunu gənc hakimə etibar olundu
Premyer Liqada II dövrənin ilk turuna hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, XII turun mərkəzi oyunu olan “Neftçi” – “Xəzər Lənkəran” görüşünü idarə etmək gənc Elnur Muradova etibar olunub.

Onun yan xətdəki yardımçıları beynəlxalq dərəcəli referilər olacaq. Bunlar FİFA hakim-köməkçiləri İlham Əliyevlə Mehman Muradov olacaq. FİFA referisi Fariz Yusifov ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

4 noyabr

14:00. "Kəpəz" - "Bakı"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov
Gəncə. Şəhər stadionu
16:00. "Rəvan" - "Simurq"
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev
Bakı. “Dalğa Arena” stadionu

5 noyabr

14:00. "Qarabağ" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
16:00. AZAL - "Qəbələ"
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov
Bakı. "AZAL Arena" stadionu

6 noyabr

14:00. "Turan" - "İnter"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski
Tovuz. Şəhər stadionu
14:30. "Neftçi" - "Xəzər Lənkəran"
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu