“Bakı”nın məşqçisi “Bolonya”da - FOTO
02.11.2011 - 23:34
"Bakı" futbol akademiyasının rəhbəri və uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu "Bolonya" klubunun təcrübəsi ilə tanış olur. Apasport.az saytının xəbərinə görə, Kepoğlu İtaliyanın ən köklü və iddialı klublarından biri olan "Bolonya" ilə əməkdaşlıq qurmaq və gənc futbolçuların hazırlıq prosesini yerində izləmək məqsədi ilə bu klubun təlim-mərkəzində 1 həftəlik təcrübə keçir.
Baş koordinatorun səfərinin əsas məqsədi gənc və yeniyetmə futbolçuların məqlərini və nəzəri məşğələlərini izləmək, bu sahədə seçilən klublardan biri olan "Bolonya"nın təcrübəsindən yararlanmaqdır.
Yüksəl Kepoğlu "Bolonya" klubunun prezidenti Albano Guaraldi, baş məşqçi Stefano Pioli, tanınmış futbolçu Marco Di Vayo ilə görüşərək "Bakı" futbol klubu haqqında geniş məlumat verməklə bərabər, italiyalı mütəxəssisləri ölkəmizdə, xüsusən də, "Bakı" futbol klubunda aparılan işlərlə tanış edib.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0