“Xəzər Lənkəran”da 30-cu, Afrikada 1-ci
03.11.2011 - 10:13
“Xəzər Lənkəran”da 30-cu, Afrikada 1-ci
Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz”lə ev oyunu “Xəzər Lənkəran”ın bir neçə futbolçusu üçün əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, birdən-birə Lənkəran təmsilçisinin 4 oyunçusu yubiley matçına çıxıb.

Sloveniyalı Dejan Rusiç 10, Elnur Abdullayev 25, rumıniyalı Andrey Mureşan 30-cu dəfə ağ-yaşıl formada meydana çıxıb. Ən böyük yubiley isə Emeka Opara üçün olub. Nigeriyalı futbolçu komandasının heyətində 50-ci qarşılaşmasına çıxıb. 2009-cu ilin yayından “Xəzər Lənkəran”da çıxış edən hücumçu klubda ən azı 50 matç keçirən 30-cu futbolçu olub. Bu 30 futbolçu arasında 14-cü legioner olan Opara ilk afrikalıdır ki, 100-ü yarılayıb.

Mövsüm Turnir Oyun Qol Vərəqə Qırmızı
2009/10 çempionat 14 4 3 0
2009/10 kubok 4 1 1 0
2010/11 Avroliqa 2 0 0 0
2010/11 çempionat 15 3 1 0
2010/11 kubok 4 0 1 0
2011/12 Avroliqa 2 0 0 0
2011/12 çempionat 9 3 1 0
cəmi  50 11 70