Azərbaycan yığması ilə görüşmək üçün maaşını 2 dəfə azaldan baş məşqçi
03.11.2011 - 10:38
Azərbaycan yığması ilə görüşmək üçün maaşını 2 dəfə azaldan baş məşqçi
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində rəqibi olan İsrail yığması baş məşqçi problemini həll edə bilmir. Apasport.az saytının məlumatına görə, müqaviləsi bu ilin sonunda başa çatacaq fransalı çalışdırıcı Luis Fernandes vəziyyətdən çıxış yolu kimi öz qazancının azalmasına razılığını nümayiş etdirib. Belə ki, ötənlərin tanınmış futbolçusu İsrail yığmasında daha 2 il , yəni DÇ-2014-ün seçmə mərhələsinin sonuna kimi qalmaq üçün öz məvacibini 2 dəfə azaltmağa razı olduğunu İsrail Futbol Federasiyasının (İFF) rəhbərliyinə anladıb.

Fernandesin məvacibinin mövsümə 480 min avro olduğunu nəzərə alsaq, o, 240 minə də qane olub. O, İFF-in prezidenti Avi Luzona başa salıb ki, yığmanın yenidən qurulması prosesi başa çatır və həm gəncləri, həm də təcrübəli futbolçuları özündə cəmləşdirən indiki komanda ilə müsbət nəticələr qazanmaq imkanı var.
0