Uinston Parks İker Kasilyasa qol vurmağa gedir
03.11.2011 - 11:37
Kosta-Rika milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Xorxe Luis Pinto noyabrda keçiriləcək yoxlama oyunlarında güvənəcəyi heyəti müəyyənləşdirib.
Mütəxəssis “Bakı”nın hücumçusu Uinston Parksa da dəvət göndərib. 30 yaşlı hücumçu noyabrın 11-də Panama, 4 gün sonra isə İspaniya ilə qarşılaşmalarda iştirak edə biləcək. Parks son dünya və Avropa çempionu ilə oyunda planetin ən yaxşı qapıçısı İker Kasilyası məyus etməyə çalışacaq.
Qeyd edək ki, Uinston ötən ay dünyanın daha bir adlı-sanlı yığması Braziliya ilə görüşdə də iştirak etmişdi.

0
0