“Böyük oyun”a doğru: Fərq artacaq, yoxsa tilsim qırılacaq?
03.11.2011 - 13:19
“Böyük oyun”a doğru: Fərq artacaq, yoxsa tilsim qırılacaq?
Sabah Premyer Liqada növbəti turun oyunlarına start veriləcək. Apasport.az saytının xəbərinə görə, II dövrənin ilk turu yekunlaşdıqdan sonra millimizin oyunları ilə əlaqədar çempionatda yenidən 2 həftəlik fasilə yaranacaq.

Gəncədə startı veriləcək turun mərkəzi oyunu Bakıda olacaq. Sözsüz ki, bu, “Neftçi” – “Xəzər Lənkəran” görüşüdür. Artıq 7 ildir bu komandaların qarşıdurması böyük maraqla gözlənilir. Prinsipial rəqiblərin “Böyük oyun” kimi tanınan görüşündə ənənə artıq neçə illədir davam edir. Yəni, ilk oyunlar həmişə Lənkəranda, cavab matçları Bakıda keçirilib. Bu, yalnız kubokda qırılıb və çempionatda eyni ssenari davam etməkdədir.

Ötən mövsümün titullarını məhz bu komandaların qazanmağı matça əlavə rəng qatır. Axı “Neftçi” son çempion, “Xəzər Lənkəran” isə kubokun qalibidir. Lənkəranlılar Premyer Liqamızın gümüş mükafatçısı oldu və “Neftçi” və “Qarabağ” kimi, bu gün mükafatlandırılma mərasimində öz medallarını alacaq.

Bu amil derbi iştirakçılarına əlavə stimul verməlidir. “Xəzər Lənkəran”a ona görə ki, barışmaz rəqibinin qızıl medal almağından ruhlanıb, özü də uzun fasilədən sonra buna nail olmalıdır. İndi cənub təmsilçisi vahid liderdir və ən yaxın izləyicisi “Neftçi”ni 4 xal qabaqlayır. Deməli, lənkəranlılar səfər oyununda qalib gəlsə, xal fərqini 7-yə çatdıracaq və bu da çempionluq yolunda böyük üstünlükdür.

“Neftçi” ona görə qələbəyə stimullaşmalıdır ki, prinsipial rəqibini artıq 2,5 ildir məğlub edə bilmir. Bakıda son 4 oyunda qalibi müəyyənləşdirmək mümkün olmayıb.

Turun açılış oyununda “altılığ”a iddialı 2 komandanın mübarizəsi olacaq. “Bakı” hazırda 5-ci pillədə olsa da, “Kəpəz” yalnız 8-dir. Ancaq gəncəlilər rəqibinə qalib gələrsə, onunla xal fərqini minimuma endirəcək. “Bakı” isə ilk dövrədə “Kəpəz”dən aldığı böyük hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Rəvan” debüt mövsümünü keçirdiyi Premyer Liqada ilk xalını qazandığı rəqibi qəbul edəcək. Bakılılar məhz “Simurq”la səfər oyununda son saniyələrdə vurduğu qolla buna nail olmuşdu. İndi “Rəvan”ın baş məşqçisi həmin vaxt bu postda olan Bəhmən Həsənov yox, Vladislav Qədirovdur ki, komanda xallarının çoxunu onun rəhbərliyi altında qazanıb.

Ağdamda ardıcıl 2-ci oyuna çıxacaq “Qarabağ” “Sumqayıt Şəhər”dən I dövrədəki nəticənin əvəzini çıxmalıdır. Axı komanda Sumqayıtdakı oyunda gözlənilmədən vacib 2 xal itkisinə məruz qaldı. Debütant bütün milli çempionatımızın iştirakçısı olan rəqiblə görüşə yüksək əhval-ruhiyyədə çıxacaq. Çünki uzun müddətdir qələbə üzünə həsrət qalan “Sumqayıt Şəhər” ötən həftə birdən-birə 2 dəfə buna nail oldu. Bu, əvvəl ölkə kubokunda, ardından çempionatda reallaşdı.

“Qəbələ” son turda evdə “Simurq”a uduzmaqla, azarkeşlərini üzdü. İndi bunun əvəzini çıxmaq lazımdır və rəqibdə psixoloji durum yaxşı olmamağı işə yaramalıdır. Üstəlik, Toni Adams “Qəbələ”nin baş məşqçisi kimi nəhayət, AZAL-a qalib gəlməlidir. Komandalar arasında son 3 oyun bərabərliklə nəticələnib.

Ardıcıl 2-ci səfər oyununa çıxacaq “İnter” bu dəfə Bakıda yox, Tovuzda meydana çıxacaq. Əsgər Abdullayev “Turan”ın baş məşqçisi kimi debütündə uduzduğu rəqibindən bunun əvəzini çıxmaq istəyəcək.

4 noyabr

14:00. "KƏPƏZ" - "BAKI"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
Gəncədəki oyunların balansı: 9 oyun: +3=1-5 (11-15).
1997/98 – 1:1, 1998/99 – 2:0 (təsnifat), 3:1 (“altılıq”), 1999/00 – 2:0, 2000/01 – 1:2, 2003/04 – 1:4, 2004/05 – 0:2, 2005/06 – 0:2, 2010/11 – 1:3 (təsnifat).
I dövrədəki oyun – 3:0.

16:00. "RƏVAN" - "SİMURQ"
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Aleksandr Musatkin, Vüsal Əliyev.
Bakı. “Dalğa Arena” stadionu.
Komandalar Bakıda ilk dəfə görüşəcəklər.
I dövrədəki oyun – 1:1

5 noyabr

14:00. "QARABAĞ" - "SUMQAYIT ŞƏHƏR"
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Komandalar Ağdamda ilk dəfə görüşəcəklər.
I dövrədəki oyun – 0:0

16:00. AZAL - "QƏBƏLƏ"
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Munis Abdullayev, Alik Yunusov.
Bakı. "AZAL Arena" stadionu.
Bakıdakı oyunların balansı – 5 oyun: +3=1-1 (8-5).
2006/07 – 3:1, 2007/08 – 2:0, 2008/09 – 1:0, 2009/10 – 0:2 (təsnifat), 2010/11 – 2:2. (təsnifat)
I dövrədəki oyun – 1:1.

6 noyabr

14:00. "TURAN" - "İNTER"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Elşən Acalov, Anar Göyçayski.
Tovuz. Şəhər stadionu.
Tovuzdakı oyunların balansı – 10 oyun: +3=0-7 (7-22).
1999/00 – 2:1, 2000/01 – 3:1, 2003/04 – 0:3 (texniki məğlubiyyət), 2004/05 – 1:0, 2005/06 – 0:1, 2006/07 – 1:7, 2007/08 – 0:4, 2008/09 – 0:1, 2009/10 – 0:1 (təsnifat), 2010/11 – 0:3 (təsnifat).
I dövrədəki oyun – 0:1.

14:30. "NEFTÇİ" - "XƏZƏR LƏNKƏRAN"
Hakimlər: Elnur Muradov, İlham Əliyev, Mehman Mahmudov, Fariz Yusifov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Bakıdakı oyunların balansı – 9 oyun: +3=5-1 (8-6).
2004/05 – 2:1, 2005/06 – 2:2, 2006/07 – 1:0, 2007/08 – 0:1, 2008/09 – 2:1, 2009/10 – 0:0 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 0:0 (təsnifat), 1:1 (“altılıq).
I dövrədəki oyun – 0:1.

aKomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1182117-726
2Neftçi1171316-922
3İnter1163210-721
4Qarabağ1162315-1020
5Bakı1144312-1016
6Qəbələ1143412-1315
7Rəvan1134414-1513
8Kəpəz1133515-1712
9Simurq113259-1211
10Turan113178-1410
11AZAL1124512-1610
12Sumqayıt Şəhər111375-156


Bombardirlər: Sergey Artyux (Turan) - 5, Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi “Kəpəz”), Luiz Hilario ("Qəbələ") – 4.
0