Saşa Stamenkoviç: “Xəzər Lənkəran” çox güclüdür
03.11.2011 - 17:09
"Bilirəm ki, son oyunlarda "Xəzər Lənkəran"ı məğlub edə bilmirik. Rəqibimiz çox güclüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç deyib.
Klubun rəsmi saytına açıqlama verən serbiyalı qolkiper Premyer Liqanın XII turunun “Xəzər Lənkəran”la görüşü haqda danışıb. Saşa komandasının “Xəzər Lənkəran” sindromundan xəbərdar olduğunu, bunu qırmağa çalışacaqlarını bildirib: “Buna baxmayaraq, ev oyunumuzda biz mütləq qalib gəlməliyik. Çünki aramızda 4 xallıq fərq var. Qələbə qazansaq, fərq minimuma enəcək. Buna görə də qələbə bizim üçün çox vacibdir. Komandada əhval ruhiyyə yüksək səviyyədədir. Son turlarda, xüsusilə də "Qarabağ"la əzmkar qələbə qazandığımız görüşdə komanda gözəl oyun nümayiş etdirdi. Bunun nəticəsi kimi, "Neftçi" hal-hazırda liderlər qrupunda qərarlaşıb".

0
0