Raul Azərbaycan çempionunu sevindirdi
03.11.2011 - 17:28
Raul Azərbaycan çempionunu sevindirdi
Əvəzedici heyətlərin Azərbaycan çempionatında XII tura start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan 2 oyun məhsuldarlığı ilə seçilib. Belə ki, 2 matçda 7 qol vurulub. İlk “altılıq” uğrunda mübarizə aparanların görüşündə qələbə qazanan “Bakı” günü 3 xalla bitirən yeganə komanda olub. Son ölkə çempionu bu vacib qələbə sayəsində durumunu xeyli yaxşılaşdırıb. Komandasına qələbə qolunu Raul Yaqubzadə vurub.

"Kəpəz" - "Bakı" - 1:2
Elçin Seyidov, 69 - Natiq Əliyev, 4; Raul Yaqubzadə, 76

"Rəvan" - "Simurq" - 2:2
Muxtar İsmayılov, 2; Anar Hüseynov, 49 - Ramil Sayadov, 18; 44

1 "Qəbələ" 11 8 1 2 17-9 25
2 "Neftçi" 11 7 2 2 28-16 23
3 AZAL 11 6 2 3 21-11 20
4 "İnter" 11 6 1 4 15-11 19
5 "Kəpəz" 12 5 3 4 19-16 18
6 "Qarabağ" 11 5 1 5 18-20 16
7 "Turan" 11 4 2 5 21-24 14
8 "Bakı" 12 4 1 7 26-27 13
9 "Simurq" 12 3 4 5 16-25 13
10 "Rəvan" 12 3 4 5 14-21 13
11 "Sumqayıt Şəhər" 11 3 1 7 15-20 10
12 "Xəzər Lənkəran" 11 2 2 7 12-22 8