Vladislav Qədirov: Rəqibi necə vuracağımızı bilirik
04.11.2011 - 00:05
“Oyun öncəsi əhval-ruhiyyəmiz yaxşıdır. Matça hazırlaşırıq və qələbə qazanmaq istəyirik. AZAL-la matçda dördüncü sarı vərəqəsini alan kapitanımız Miloş Zeçeviç də artıq sıraya dönüb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov deyib.
Mövsümün gedişində komandanın “sükanı arxası”na gətirilən və ardıcıl qələbələri sıralayan Vladislav Qədirov “Rəvan”la Premyer Liqada ilk yenilgisini ötən tur alıb. “İnter”lə üz-üzə gələn debütant matçı 1:2 hesablı məğlubiyyətlə qapayıb. Baş məşqçi futbolda bu cür hallarla rastlaşmağı normal sayır: “İnter” güclü komandadır. Bunu futbolçular da bilirdi. Ona görə də futbolda hər zaman qələbə qazanmaq mümkün deyil”.
Premyer Liqanın XII turunun “Simurq”la oyunu haqda danışan mütəxəssis rəqib haqda kifayət qədər bilgiyə sahib olduğunu bildirib. “Rəvan”ın baş məşqçisi “Simurq”un “Qəbələ” ilə oyununu izlədiyini, Zaqatala təmsilçisi Adamsın yetirmələrini necə məğlub etdiyinə şahid olduğunu da gizlətməyib. Çempionatda zəif rəqibin olmadığını deyən Qədirov “Simurq”u ram etməyin yollarını özü üçün müəyyənləşdirdiyini vurğulayıb: “İndi zəif rəqib yoxdur. AZAL güclü komanda olsa da, “Sumqayıt Şəhər” onları məğlub etdi. “Simurq” yaxşı komandadır. Get-gedə oyununu tapır. Sergey Yuranın işi görünür. Buna baxmayaraq, onları hansı nöqtədən vuracağımızı bilirik. Sadəcə, bunu açıqlamaq düzgün olmazdı. Həm də qələbə qazanacağımız təqdirdə, “ilk altılığ”a yaxınlaşacağıq”.
Qeyd edək ki, “Rəvan” – “Simurq” oyunu sabah “Dalğa Arena”da keçiriləcək.

0
0