APASPORTun əməkdaşı ən yaxşılar arasında
03.11.2011 - 20:52
Futbol üzrə ölkə çempionatının 2010/2011 mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, Bakı Biznes mərkəzində təşkil olunan tədbirdə müxtəlif nominasiyaların qalibləri təltif edilib.
Ötən mövsümün qalibi olan "Neftçi" qızıl, "Xəzər Lənkəran" gümüş, "Qarabağ" isə bürünc medallarına qovuşub.
Tədbirdə, həmçinin ötən mövsümün ən yaxşı qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi, hücumçusu, ən yaxşı futbolçusu, məşqçisi və idman jurnalistinin adı açıqlanıb.
Televiziya sahəsində "Xəzər TV"dən Emin Abbasov, qəzet sahəsində Natiq Muxtarov, elektron informasiya sahəsində isə apasport.az saytının əməkdaşı Mehman Süleymanov mükafatlandırılıblar.
Premyer Liqanın yayımında və təbliğindəki roluna görə "Lider TV" və "İdman Azərbaycan" kanalı ilə yanaşı, "Futbol+" qəzeti də mükafata layiq görülüb.
Ötən mövsümün ən yaxşı qapıçısı "Xəzər Lənkəran"ın qolkiperi Kamran Ağayev, müdafiəçisi isə "Neftçi"nin futbolçusu Ruslan Abışov olub.
Mövsümün ən yaxşı yarımmüdafiəçisi adına "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo yiyələnib.
Ən yaxşı hücumçu adına isə "Xəzər Lənkəran" klubunun sabiq üzvü Uinston Parks sahib çıxıb.
Ötən mövsümün ən yaxşı baş məşqçi isə ötən mövsüm "Neftçi" klubu ilə çempionluq yaşamış Arif Əsədov olub.
Ötən mövsümün bombardiri "Qarabağ"ın gürcüstanlı futbolçusu Georgi Adamiya, ilin ən yaxşı qolu isə Elvin Yunusovun qolu seçilib.

0
0