Rövnəq Abdullayev: Əgər futbolçu da əsgər kimi xidmət yerini tərk edirsə, fəraridir
03.11.2011 - 21:46
“AFFA almaniyalı mütəxəssis Berti Foqts haqda hansısa qərar verməyib. Onun millimizdə qalıb-qalmayacağı İcraiyyə Komitəsinin iclasından sonra bilinəcək”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün Bakı Biznes Mərkəzində 2010/2011 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən sonra media nümayəndələrinin suallarını cavablayan Abdullayev Vaqif Cavadovun milli komandamızdan imtinasına da toxunub: “Əlbəttə ki, Vaqif Cavadovun hərəkətini düzgün saymıram. Futbolçu ilk növbədə əsgərdir. Əsgər də ilk növbədə Vətənə qulluq etməlidir. Əgər futbolçu da əsgər kimi xidmət yerini tərk edirsə, fəraridir”

0
0