Flavinyo: “Neftçi” “Xəzər Lənkəran”ı udmalıdır, vəssalam! - MÜSAHİBƏ
04.11.2011 - 00:06
2010/11 mövsümünün ən yaxşı futbolçusu seçilən “Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyonun apasport.az saytına müsahibəsi
- Ötən mövsümün ən yaxşısı seçildiniz. Bu nailiyyəti qazanacağınızı gözləyirdinizmi?
- Həyatda həmişə səmimi olmağa çalışmışam. Sizə də səmimi cavab verəcəyəm – xeyr, gözləmirdim. Azərbaycana gələndə düşünməmişəm ki, fərdi planda nailiyyət qazanaram. Ancaq komandanın uğurunda pay sahibi olmağı fikirləşmişəm. Özümü çox xoşbəxt hiss edirəm.
- Bu nominasiyada 2 rəqibiniz var idi. Adlar çəkiləndə, fəxri kürsüyə çağırılacağınızı gözləyirdiniz?
- Mənə Allah kömək etdi. Tanrıma minnətdaram. O hissləri mənə bəxş etdiyi üçün özümü şanslı sayıram. Əvvəl heç vaxt belə fikirləşmirdim. Amma bura çatanda bəziləri mənə dedilər ki, ilin ən yaxşı futbolçusu ola bilərsən. Mülahizələr doğru çıxdı və mən qalib gəldim.
- Bu uğurdan Braziliyada yaşayan ailənizi xəbərdar edəcəksiniz?
- Yox, yox.
- Bəyəm bu titul sizin üçün əhəmiyyətsizdir? Bundan da böyük nailiyyətlər görmüsünüz?
- Bu, mənim karyeramda ilk belə hadisədir. Futbolla məşğul olduğum gündən bəri ilk dəfədir mövsümü 2 titulla başa vurmuşam. Bu, böyük uğurdur. Əlbəttə ki, uğurumda komanda yoldaşlarımın və rəhbərliyin payı var.
- Belə demək olarmı ki, Azərbaycana gəlmək sizin karyeranızda ən uğurlu mərhələdir?
- Azərbaycan barədə əvvəlcə heç bir təsəvvürüm yox idi. Azərbaycana gəlmək mənim üçün həqiqətən də çox xoş oldu. Belə ki, mən komanda ilə çempion olmaqla yanaşı, həm də fərdi planda uğur qazandım.
- Azərbaycana gəldiyiniz vaxt daha yaxşı oynayırdınız, nəinki indi. Bunun səbəbi nədir? Belə getsə, gələn il eyni uğuru təkrarlamaq çox çətin olacaq.
- Təkrar edirəm, əsas məqsədim şəxsi planda titul qazanmaq deyil. Əsas “Neftçi”nin uğurudur.
- Qarşıdakı turda əzəli rəqibiniz “Xəzər Lənkəran”la çətin oyun var. Bu haqda hansı fikirdəsiniz?
- Bəli, biz dərk edirik ki, qarşıda çətin sınaq var. “Xəzər Lənkəran”la oyun çox vacibdir. Hətta deyərdim ki, o biri oyunlardan daha çox vacibdir. Çox ciddi hazırlaşırıq.
- Həmin oyun ərəfəsində hər 2 düşərgədən müxtəlif açıqlamalar gəlir. Rəqibin futbolçularının, eləcə də, baş məşqçi Mirça Rednikin söylədikləri sizə təsir göstərirmi?
- Əgər nəyəsə reaksiya versək, o zaman oyuna hazırlaşmaq çətin olar. “Neftçi” “Xəzər Lənkəran”ı udmalıdır, vəssalam! Biz meydana ancaq bu məqsədlə çıxacağıq. Komandamızda əhval-ruhiyyə yaxşıdır. Ümidvaram ki, nəticə ürəyimizcə olacaq.
- Qol vurmağa söz verirsiniz?
- Azarkeşlər həmişə qol gözləyirlər. Onları tək mən yox, Bahadır və digərlərindən də qol tələb edirlər. Kimin qol vurmasının fərqi yoxdur. Əsas məsələ oyunda qazanılan nəticədir. Həmin vaxt deyilir ki, “Neftçi” qalib gəldi.

0
0