Arif Əsədov: Onsuz da gedəndə demişdim ki...
04.11.2011 - 00:17
“Çempionluq tək mənim yox, eyni zamanda klub rəhbərliyinin, futbolçu heyətinin əməyi sayəsində qazanıldı. “Neftçi” ötən il çox yaxşı oyun nümayiş etdirib və bu medalları özü üçün qazanıb. Bu gün komandanın baş məşqçisi olmasam da, mükafatlandırma mərasiminə qatılıram. Bilirsiniz necədir, məşqçi həyatı belədir. Bir gün buradasan, sabah başqa yerdə. Məşqçinin çemodanı həmişə hazır vəziyyətdə və əlində olmalıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov deyib.
Çempionlar Liqasının oyunlarından sonra istefa verən mütəxəssis dünən qızıl medalına qovuşub. O, eyni zamanda ilin ən yaxşı məşqçisi nominasiyasında qalib olub: “Mənim aləmimdə kin söhbəti yoxdur. Bu gün “Neftçi” klubunun baş məşqçisi olmasam da, ən azından onlar qədər sevinirəm. Baş məşqçi Böyükağa Hacıyevlə də heç bir problemim yoxdur. Onsuz da mən gedəndə demişdim ki, yerimə yerli mütəxəssis gəlsə, yaxşdır”.

0
0