Mövsümün 2 rekordundan 1-i qırıldı
06.11.2011 - 18:09
Mövsümün 2 rekordundan 1-i qırıldı
Premyer Liqanın XII turunda 2011/12 mövsümünün yeni rekordu qeydə alıənb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ı 5:0 hesabı ilə məğlub edən “Neftçi” mövsümün n böyük hesablı qələbəsini qazanıb. Bu matçadək rekord elə “Neftçi”nin özünə məxsus idi. Bakılılar avqustun 21-də keçirilən III turun “Sumqayıt Şəhər”lə matçında 4:0 hesabı ilə qalib gəlmişdi. Böyükağa Hacıyevin yetirmələri bu rekordu 1 qol yaxşılaşdırdı.

Lakin mövsümün ən məhsuldar oyunu ünvanı hələ “Simurq” – “Kəpəz” matçına aiddir. Bu matçda 1 top artıq – 6 qol vurulmuşdu. Həmin matçda zaqatalalılar 4:2 hesabı ilə qalib gəlmişdi.
0