Dieqo Souza “İnter”dən ayrıldı
09.11.2011 - 00:00
Braziliyalı yarımmüdafiəçi Dieqo Souza Azərbaycan çempionatında oynamayacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi Bakının “İnter” klubundan birdəfəlik ayrılıb.
Souzanın ölkəmizdə ilk komandası “Xəzər Lənkəran” olub. Cənub təmsilçisində uğurlu karyera qursa da, baş məşqçi Mirça Rednikin istəyi ilə transferə çıxarılıb. Souza bundan sonra “İnter”lə müqavilə bağlamasına baxmayaraq, bunun şərtlərinə əməl etmir.
Əvvəlcə klubdan ayrı məşq edən “sambaçı” hazırda Azərbaycanda deyil. Məlumata görə, onunla “bankirlər” arasında müqavilə artıq qüvvədən düşüb.
Qeyd edək ki, Souza “Xəzər Lənkəran” klubunun heyətində Azərbaycan Kubokunu qazanıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0