Manuel Noyer azərbaycanlı qapıçıları geri saldı
10.11.2011 - 10:01
Manuel Noyer azərbaycanlı qapıçıları geri saldı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) öz ölkələrinin yüksək liqalarında ən uzun “quru seriya”ya malik olan qapıçılarının növbəti siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə avqustda açıqlanan cədvəldə bu dəfə müəyyən dəyişikliklər baş verib. Özü də 660 dəqiqə həddini keçən əlcək sahiblərinin siyahısı bu dəfə artaraq, 466-ya yüksəlib.

Siyahıdakı dəyişikliklər Azərbaycan milli çempionatında siyahıya düşən qapıçılarımızdan bir çoxlarına təsir edib. Özü də onların arasında irəliləyən yox, geriləyənlər olub. Düzdür, ən yaxşı göstərici müəllifləri olan Nizami Sadıqov, Xalidu Sissoko, Camaləddin Əliyev, Pavel Doroşev, Elxan Həsənov, Dmitri Kramarenko bu dəfə yerlərində qalıb. Ancaq “Bavariya”nın və Almaniya milli komandasının qapıçısı Manuel Noyerin 771 dəqiqəlik “quru seriya” ilə siyahıya daxil olub, 209-cu pillədə yer almağı ondan aşağıdan olan azərbaycanlı həmkarlarını geri salıb.

Yenə ən çox geriləyən “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev olub. Milli komandamızın da “1 nömrəsi” olan Kamran mövqeyini 7 pillə əldən verib.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Samir Səid (“Əl-Ərəbi”) - 1283
9. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
10. Adel Nefzi (“Afrikain”, Tunis) - 1270

Azərbaycan Premyer Liqasının İFFHS-dəki təmsilçiləri

25. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
57. Xalidu Sissoko (“Bakı”) – 985
60. Xalidu Sissoko (“Bakı”) – 971
64. Camaləddin Əliyev (“Qarabağ”) – 958
68. Pavel Doroşev (“Qəbələ”) – 952
74. Elxan Həsənov (“Neftçi”) – 943
165. Dmitri Kramarenko (“Karvan”) – 798
202. Dmitri Kramarenko (“Neftçi”) – 772
246. Rauf Mehdiyev (“Olimpik”) – 746 (1 pillə geriləyib)
250. Elşən Poladov (“Bakı”) – 744 (4 pillə geriləyib)
255. Nadir Şükürov (“Dinamo”) – 741 (5 pillə geriləyib)
270. Aleksandr Martyoşkin (“Xəzər Lənkəran”) – 735 (1 pillə geriləyib)
307. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720 (7 pillə geriləyib)
360. Camaləddin Əliyev (“Qarabağ”) – 700 (3 pillə geriləyib)
421. Rauf Mehdiyev (“Olimpik”) – 676 (3 pillə geriləyib)

Qeyd edək ki, qapıçılarımızın İFFHS-in siyahısına düşməsində birbaşa apasport.az saytının rolu var. Bu qurumun üzvü olan saytımızın əməkdaşı Vüqar Xeyrullayev bütün qapıçılarımızın da göstəricilərini göndərib.
0