“Topaz” 45 oyun təklif edir
11.11.2011 - 16:19
“Topaz” 45 oyun təklif edir
Bu gün “Topaz” öz müştərilərinə 45 oyun təklif edir. Apasport.az saytının məlumatına görə, bunların arasında 4 təkli və 41 ekspress oyun yer alıb. Təkli oyunlar əsasən Avro-2012-in seçmə mərhələsinin pley-off oyunları - Bosniya və Herseqovina - Portuqaliya, Türkiyə - Xorvatiya, Çexiya – Çernoqoriya, Estoniya – İrlandiya matçlarıdır.

Məlum olduğu kimi, Türkiyə - Xorvatiya oyunu xüsusi matç olaraq seçilib və İstanbuldakı görüşdə əlavə olaraq “ilk qolun vaxtı?”, “ilk qolu hansı komanda vuracaq?”, “qırmızı vərəqə sayı?”, “11 metrlik cərimə zərbəsi” mərcləri yer alıb.

Qeyd edək ki, ölkəmizdə ilk və tək qanuni idman mərc oyunları operatoru olan “Topaz” öz iştirakçılarının uduşlarına dövlət təminatı verir və 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.
0