Böyükağa Hacıyev və yerinə gətirilən braziliyalı - FOTO
17.11.2011 - 12:00
Bu gün futzal üzrə UEFA kubokunda mübarizə aparan Azərbaycan çempionu “Araz” ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, bu, komandamızın braziliyalı baş məşqçisi Joze Alessio da Silvanın təmsilçimizlə avrokuboklarda 3-cü sınağı olacaq.
İndiyədək “Araz”ı UEFA kubokunun 14 oyununa çıxaran məşhur mütəxəssis Hollandiya çempionu “Eyndhoven”lə bugünkü görüşdə yubiley matçına çıxacaq. Cənubi amerikalı yubiley qələbəsini də elit mərhələsinin Barselonada təşkil olunan B qrupunda qazana bilər. Bunun üçün onun yetirmələrinə 2 qələbə lazımdır.
Ümumilikdə, Azərbaycan çempionlarını avrokuboklara 7 məşqçi çıxarıb. Həm oyun, həm xal, həm qələbə, həm də vurulan qolların sayında mütləq rekordçu Joze Alessiodur. Lakin o, sələfi Böyükağa Hacıyevin orta xal hesabındakı rekordundan çox uzaqdır. Hacıyevin vaxtında çempionumuz hər oyunda 2,5 xal yığırdı.
Maraqlıdır ki, 2 il əvvəl postunu braziliyalıya verən Hacıyev hazırda digər Azərbaycan çempionu – futbol üzrə Premyer Liqanın son qalibi “Neftçi”yə rəhbərlik edir.
Azərbaycan çempionlarının avrokuboklardakı baş məşqçiləri

| Məşqçi | klub | mövsüm | O | Q | H | M | T | X | ORTA XAL |
|---|---|---|---|---|---|---|---|---|---|
| Elman Ələkbərov | Turan AİR | 2001/02, 2002/03, 2004/05 | 8 | 3 | 1 | 4 | 20-27 | 10 | 1,25 |
| Fazil Qarayev | AMMK-Azercell | 2003/04 | 3 | 1 | 2 | 0 | 13-11 | 5 | 1,67 |
| Hacıbala Abdullayev | Araz | 2005/06 | 3 | 1 | 1 | 1 | 9-8 | 4 | 1,33 |
| Arkadi Belıy | Araz | 2006/07 | 6 | 3 | 1 | 2 | 28-20 | 10 | 1,67 |
| Məmmədqulu Zeynalov | Araz | 2007/08 | 3 | 1 | 0 | 2 | 7-8 | 3 | 1,00 |
| Böyükağa Hacıyev | Araz | 2008/09 | 6 | 5 | 0 | 1 | 33-15 | 15 | 2,50 |
| Joze Alessio da Silva | Araz | 2009/10, 2010/11 | 14 | 8 | 3 | 3 | 55-30 | 27 | 1,93 |
0
0