“Azərbaycanda oynamaq heç də pis olmaz”
17.11.2011 - 15:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Əli Gökdəmirin apasport.az saytına müsahibəsi
- Zədə üzündən İngiltərə və Belçika ilə matçda yığmaya kömək edə bilmədiniz. Zədəniz ciddi idi?
- Diz bağlarımda yırtıq əmələ gəlmişdi. Məşq prosesində sürətlə qaçıb zərbə vurmaq istəyərkən, arxadan müdaxilə oldu. Bu zaman zədə aldım. Zədəm gözlədiyimdən daha ağır oldu və həkimlər ən azı 10 həftə yaşıl meydanlardan uzaq qalmağımı istədilər. Həmin müddətdə masaj olundum. Sonra velosiped sürdüm, trenajor zalında məşq etdim. Şükürlər olsun ki, indi hər şey qaydasındadır.
- Duysburqda keçirilən toplanışa dəvət ediləcəyinizi gözləyirdinizmi?
- Baş məşqçi Bernard Lippert zəng vurub, mənim durumumla maraqlandı. Hazırlığa başladığımı dedim. Sonda toplanışa qatılmaq qərarına gəldik. Çünki fevralda İslandiya ilə rəsmi oyunumuz var.
- İndi özünüzü indi tam hazır hiss edirsinizmi?
- Hardasa 70 faiz hazıram. Bu rəqəmi 100-ə yüksəltmək üçün üzərimdə çalışmalıyam. Fevrala qədər vaxtım var.
- Azərbaycan yığmasına gəlişiniz necə baş tutdu?
- Babam vaxtilə Azərbaycanda çalışıb. Onun Azərbaycan pasportu var. Bunu mənə atam söyləyib. Sonra bildirdi ki, istəsən Azərbaycan yığmasında oynaya bilərsən. Həmin vaxt Almaniyada yaşayan azərbaycanlı futbolçular axtarılırdı. Mən də müraciət elədim. Sonra Lippertlə danışdıq və mayda Moldova ilə Lənkəranda keçirilən oyuna dəvət edildim. Məqsəd hazırlığımı yoxlamaq idi. Görünür məşqçilər korpusunu qane etdiyim üçün artıq komandaya çağırılıram.
- Babanız indi yaşayırmı?
- Xeyr, dünyasını dəyişib.
- Hazırda “Hannover”in əvəzedici komandasında çıxış edirsiniz...
- Zədələndikdən sonra hələ oynamıram. Cəmi 4 həftədir məşq edirəm. Məşqçilər tam hazır olduqdan sonra meydana çıxa biləcəyimi deyirlər. Ötən il çox oynadım. Görünür, bu il göz dəydi mənə. Tədricən əvvəlki formamı bərpa edəcəm.
- Bəs “Hannover”in əsas komandasına yüksəlmək perspektiviniz varmı?
- Yavaş-yavaş əsas komandaya çəkməyi düşünürlər. Əvvəlcə əsas komandanın məşqlərində iştirak edib, ikinci komanda ilə oyunlara çıxacağıq. Klubdan belə deyiblər.
- Futbola gəlişini necə xatırlayırsınız?
- Futbola Almaniyada 13 yaşımda başladım və 7 ildir top qovuram. İlk addımlarımı Ştutqartın əyalətində atdım. İki ildən sonra böyük komandaya yüksəldim. Almaniyada belə qayda var: hər bir əyalətin ən yaxşı futbolçularından ibarət komandalar Dyusburqda öz aralarında oyunlar keçirirlər. Hər komanda 4 matç keçirirdi. Mən də 4 oyunda meydanda oldum və 3 qol vurdum. Turnirin qalibi bizim komanda oldu. Hər kəsin formasının arxasında adı yazılırdı. Bundan sonra tanınmayan bir komandada oynadığıma görə, mənə maraq artdı. Böyük klubların diqqətini cəlb etməyi bacardım. İlk təklif “Ştutqart”dan gəldi. Atamla məsləhətləşdim. O da Leverkuzen “Bayer”inə getməkdənsə, yaşadığımız Ştutqartda qalmağımı söylədi. Razılaşdım. İki il “Ştutqart”da oynadım, sonra “Hannover” məni dəvət etdi. 2008-ci ildən “Hannover”in ikinci komandasındayam.
- Müqaviləniz nə vaxt başa çatacaq?
- Mövsümün sonunda bitəcək. Ancaq qalmağımda maraqlı olduqlarını bilirəm.
- Azərbaycan çempionatını izləyirsinizmi?
- İnternet vasitəsilə izləyirəm. Son turda “Sumqayıt Şəhər”in “Qarabağ”ı yendiyi oyuna baxmışam. “Bakı”nın oyunlarını izləyirəm.
- Dəvət gəlsə, dəyərləndirəsiniz?
- Niyə də yox?. Düzdür, əksər futbolçular Avropada oynamaq istəyir. Ancaq 2-3 il Azərbaycanda oynamaq heç də pis olmaz. Yaxşı təklif olsa, fikirləşərəm.
- Sizinlə birgə U-21-ə dəvət edilən Cihan Özkara Berti Foqts tərəfindən millinin düşərgəsinə dəvət edildi. Bəs əsas millidə oynamaqla bağlı təklif alsanız, münasibətiniz necə olacaq?
- Mənim istədiyim də odur. Əsas yığmada oynamaq haqda hər zaman düşünürəm. Təklif alsam, düşünmədən qəbul edərəm.
- İndiki məqamda planlarınız nə ilə bağlıdır?
- Klubumda ilk “11-liy”ə düşməyə çalışıram. Eyni zamanda, İslandiya ilə keçirəcəyimiz matç haqda düşünürəm. Çünki orda özümü deyil, Azərbaycanı təmsil edəcəyik. Hər ikisi önəmlidir.
- Duysburqda U-21-in keçirdiyi təlim-məşq toplanışını necə dəyərləndirirsiniz?
- Çox zövqlü bir toplanış oldu. Çalışdıq, şükürlər olsun ki, uşaqlardan heç kim zədələnmədi. ABŞ-a qarşı yaxşı oynadıq, təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. Rəqib elə də xoş təsir bağışlamadı, əksinə, biz daha üstün görünürdük. “Köln”lə oyun haqda əlavə nə isə deyə bilmərəm. Çünki onlar hər gün bir yerdə oynayırlar. Əksəriyyəti Bundesliqda top qovurlar. Biz isə ayda və ya iki ayda bir toplaşıb bir həftəlik hazırlıq keçirik. Həmin oyunda da şanslarımız oldu. Topu yaxşı saxlayırıq, az qol vururuq. Əsas problem də budur.
- Almaniyada futbol oynayan azərbaycanlı uşaqlar çoxdurmu?
- Tanıdığım insanlar var. Əksəriyyəti hələ aşağı yaşlı komandalarda oynayırlar. Azərbaycana bağlı olduqlarını bilirəm. Çünki onların evlərində Azərbaycan bayrağı gördüm. Berlində və Ştutqartda daha çoxdur.

0
0