UEFA Azərbaycana 4-cü şansı vermədi
17.11.2011 - 12:57
Azərbaycan kubokunun 2011/12 mövsümünün qalibi Avropa Liqasına I təsnifat mərhələsindən başlayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb UEFA-nın yarışla bağlı müəyyən dəyişikliklər etməsi olub.
Belə ki, yarışın “Avroliqa” adlandığı vaxtdan reytinqdə aşağı sıralarda olanlara, o cümlədən, Azərbaycana da II təsnifat mərhələsində yer verirdi. Bu ölkələrdə kubokun qalibi olan komanda II, çempionatın mükafatçıları I təsnifat mərhələsindən mübarizəyə qoşulurdu.
2009/10 mövsümündə “Qarabağ”, növbəti mövsüm “Bakı”, bu yay isə “Xəzər Lənkəran” UEFA-nın zəiflərə güzəştindən yararlanmışdı. Lakin qitə futbol qurumu Azərbaycan kimi digər aşağı reytinqli ölkələrə də 4-cü şansı verməyi lazım bilməyib.
2012/13 mövsümündə reytinqdə 33-53-cü olan ölkələr yalnız I təsnifat mərhələsində təmsil olunacaq. 28-32-ci yerlər II təsnifata 3 təmsilçisindən 1-ni, 22-27-ci yerlər isə 2-ni göndərəcək. 19-21-ci yer sahibləri isə II təsnifat mərhələsində 3 komanda ilə oynayacaq.
Mübarizəyə hətta III təsnifat mərhələsindən başlamağa imkan verən daha yüksək yerlər isə Azərbaycan üçün bəlkə də yaxın 10 ildə real görünmür. Reallıq isə belədir ki, biz 2010/11 mövsümündən sonra 37-ci pillədə olmuşuq. Məhz bu da 2012/13 üçün yerlərin paylanmasında rol oynayır.
Cari mövsüm isə yalnız 2013/14 mövsümünə şamil olunacaq. Hesabında son 5 ildə (cari mövsüm sayılmır) 6,165 olan Azərbaycan II təsnifat mərhələsində təmsil olunmaq hüququ verən 32-ci yerdən çox uzaqdır. 32-ci olan Macarıstanın 8,500 xalı var. 2,365 reytinq xalı isə bizim üçün az qala fantastika sayılır. Azərbaycan tarixində ən yaxşı halda, 2010/11 mövsümündə ili 2,000 xalla bitirib. Mövsümə bundan artığını yığmadığımız halda, bundan böyük fərqin aradan qaldırılması yaxın illər üçün inandırıcı görünmür.

0
0