“Toni Adams ailəsinin Qəbələdə yaşaya bilmədiyini söyləyib”
17.11.2011 - 12:59
“Komandada hər şey qaydasındadır, “Neftçi” ilə oyuna hazırlıqlar davam edir. Köməkçi məşqçilərdən biri Toni Adamsı əvəz edəcək. Bu, Qari Stevens də ola bilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Komandanın baş məşqçisi Toni Adamsın istefa verməsi ilə açıqlama verən Əzizov ingilis mütəxəssisin ailə vəziyyəti ilə əlaqədar postundan getdiyini bildirib: “O, ailəsinin Qəbələdə yaşaya bilmədiyini söyləyib. Bəlkə də Adams özünü komandaya verə bilmirdi və bu, komandanın stabil oyun nümayiş etdirməsinə də təsir edirdi. Bu gün klub rəhbərliyi tərəfindən iclas keçiriləcək və “Qəbələ”nin kimin rəhbərliyi altında oyunlara çıxacağı dəqiqləşəcək. Hələ ki, yeni baş məşqçinin kim olacağı barədə heç bir məlumat yoxdur”.
Qeyd edək ki, Adams ötən ilin mayında “Qəbələ”nin baş məşqçisi təyin olunmuşdu.
Mənbə: pfl.az

0
0