Toni Adams “Neftçi”yə qol vurmadan getdi
17.11.2011 - 13:32
“Qəbələ”nin baş məşqçisi postundan istefa verən Toni Adams Premyer Liqanın növbəti turunda görüşməli olduğu “Neftçi” ilə oyunlarda tilsimi qıra bilmədi. Apasport.az saytının məlumatına görə, əyalət komandası ingilis mütəxəssisin rəhbərliyi altında “ağ-qaralar”a qol vurmağa müvəffəq olmadı.
London “Arsenal”ının əfsanəvi kapitanı “Neftçi” ilə 3 dəfə görüşüb. Bunlardan 2-si ötən mövsümdə, 1-i cari mövsümün ilk dövrəsində oldu. Qəbələlilər keçən mövsüm evdə 0:2 hesabı ilə uduzduğu rəqibi ilə səfərdə qolsuz heç-heçə oynadı. Adamsın komandası “altılığ”a düşmədiyindən, “Neftçi” ilə final mərhələsində görüşmədi.
Tale elə gətirdi ki, Adams cari mövsümdə ilk məğlubiyyətini məhz “Neftçi”dən aldı. Bu, VI tur çərçivəsində sentyabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda oldu. Onda da “Qəbələ” bakılılarla 0:2 hesabı ilə uduzmuşdu.
Ancaq bu dəfə həmin nəticə evdə yox, səfərdə qeydə alındı. Adamsın uğursuzluğu məhz “Neftçi” ilə matçda başladı və qısa müddətdə ardıcıl 3 dəfə uduzdu. Bu, səfərdə “Xəzər Lənkəran”a 1:2, ardından evdə “Rəvan”a 2:3 hesablı məğlubiyyət oldu.
Ümumilikdə, “Qəbələ” artıq 4 oyundur “Neftçi”ni yenə bilmir. Bu matçlarından 2-si heç-heçə nəticələndiyindən, xal qazanılıb. Ancaq həmin matçların 0:0 hesabı ilə nəticələndiyini nəzərə alsaq, qol vurulmayıb. “Qəbələ” sonuncu qolu 2009/10 mövsümünün final mərhələsinin I dövrəsində, aprelin 3-də vurub. Həmin vaxt Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldi. Həmin oyunda qələbə topunun müəllifi 90+5-ci dəqiqədə polşalı hücumçu Tomas Stolpa oldu. Artıq komandada olmayan legioner “Qəbələ”nin hələ ki “Neftçi”yə vurduğu sonuncu qolun müəllifidir.
Qeyd edək ki, Adamsın istefasından sonra “Qəbələ”ni “Neftçi” ilə noyabrın 20-də keçiriləcək ev oyununa onun əsas köməkçisi, özü ilə birgə gətirdiyi həmyerlisi Qari Stivensin çıxaracağı gözlənilir.

0
0