Bernard Raab: Fasiləyə qədər bu tempdə oynasaq, uduzmarıq
17.11.2011 - 14:42
“Ölkə kubokunda 1, Premyer Liqada qazandığımız 2 qələbəni son 3 aydakı aktiv işimizin bəhrəsi kimi dəyərləndirirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun baş məşqçisi Bernard Raab deyib.
Premyer Liqada yaranmış fasilədən yararlanan debütant məşqlərini davam etdirir. Komanda son matçlarda qazandığı uğurlu nəticələrlə artıq turnir cədvəlinin zirzəmisindən qurtulmaq haqda düşünür. Almaniyalı mütəxəssis qələbələrin komanda üçün olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Qələbələr komanda və futbolçular üçün vacib idi. Ona görə ki, futbolçular həmin qələbə ruhunu hiss etməli idilər. Son nəticələrdən sonra komandamızın öz oyununu tapdığını qeyd edə bilərəm. Fasiləyə qədər bu tempdə oynasaq, uduzmayacağıq”.
Problemlər barədə danışan Raab zədəli futbolçuların çoxluq təşkil etməsindən şikayətlənib: “İlk gündən heyətimizdə zədəli futbolçular çoxluq təşkil edib. Bundan başqa, indiyə qədər tam heyətlə məşq edə bilməmişik. Zədəlilərlə yanaşı, futbolçularımızın bir qismi daim U-17, U-19 və U-21-in təlim-məşq toplanışlarında olurlar. Çətinliklərimizdən biri də şəraitlə bağlıdır, klubun bazası demək olar yoxdur. Məşqlərimizi fərqli məkanlarda keçirik. Bununla belə, əlimdə olan kiçik heyətlə çətinliklərin öhdəsindən gələcəyimizə inanıram”.
Raab Premyer Liqanın XIII turunda qarşılaşacaqları “Simurq”la oyuna da toxunub. O, bu cür qarşılaşmaların ağır olduğunu bildirib: “Simurq” da autsayderlər qrupunda yer alıb. Bu cür komandalara qarşı oynamaq çətindir. Çünki iddialılarla qarşılaşdığın zaman onlar səni ciddi rəqib kimi saymırlar. Bu da oyunun gedişində lehinə işləyə bilər. Lakin aşağı pillədə qərarlaşan komandaların öz aralarındakı görüşlər çox çətin keçir. Hər iki tərəf qələbə qazanmaq istəyir. Zaqatalaya qələbə qazanmaq üçün yollanacağıq”.

0
0