Ansi Aqolli “Qarabağ”a qayıtmadı
17.11.2011 - 15:22
“Qarabağ” Premyer Liqanın XIII turunun “İnter”lə oyununun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, noyabrın 20-də “bankir”lərlə qarşılaşacaq komanda hazırlığını tək məşqlə davam etdirir. Uzun müddətdir yarımçıq heyətlə çalışmalarını davam etdirən Ağdam təmsilçisi bu gündən milli üzvlərinə “qovuşub”.
U-21-in düşərgəsində olan Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov dünəndən geri qayıtmışdılarsa, Azərbaycan millisində olan Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov və Vüqar Nadirov bu gecə Bakıya döndükdən sonra komandamızın baş tutacaq yeganə məşqinə yollanıb.
Legionerlərdən Admir Teli artıq komandanın düşərgəsində olsa da, Ansi Aqolli ailə problemləri səbəbindən hələ Bakıya qayıtmayıb. O, bu gecə geri dönməlidir. Bununla yanaşı, Emin İmaməliyev artıq məşqlərə başlasa da, Rəşad Sadıqovun zədəsi hələ də sağalmadığına görə məşqlərdə iştirak etmir.
Qeyd edək ki, Premyer Liqanın XIII turunda baş tutacaq “İnter” – “Qarabağ” oyunu noyabrın 20-də saat 18:00-da “Şəfa” stadionunda keçiriləcək.
Mənbə: qarabagh.com

0
0