Bakıya kim gəlir: İspaniya, yoxsa Almaniya yığması?
17.11.2011 - 16:29
17 yaşadək qızlar arasında Avropa çempionatının II seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitə birinciliyinin 2011/12 mövsümü gələn il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakter daşıyır. Bu üzdən də mundiala vəsiqələrə iddiaçıların kiminlə görüşəcəyi də aydınlaşıb.
Belə ki, II seçmə mərhələdə 16 komanda 4 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri final yüksələrək İsveçrədə baş tutacaq həlledici görüşlərdə çıxış edəcək. Gələn il iyunun 26-dakı 1/2 final oyunlarında, həmçinin 29-da keçiriləcək III yer uğrunda qalib gələn komanda Azərbaycan 2012-yə vəsiqə əldə edəcək.
Lakin məşhur yığmaların heç də hamısı İsveçrə turnirinə qatılmayacaq. Məsələn İspaniya və Almaniya kimi yığmalar eyni qrupda yer aldığından yalnız biri final mərhələsinə yüksələ bilər. Bu isə o deməkdir ki, indiyədək Avropa çempionu olan 2 yığmadan yalnız biri Azərbaycanda oynayacaq.
Qeyd edək ki, baş tutan 4 qitə birinciliyində 2 dəfə İspaniya, 2 dəfə Almaniya çempion olub.
1-ci qrup: İsveçrə, İngiltərə, Belçika, İslandiya
2-ci qrup: Fransa, Norveç, İrlandiya, Polşa
3-cü qrup: Hollandiya, İsveç, Danimarka, Finlandiya
4-cü qrup: Almaniya, İspaniya, Çexiya, Serbiya

- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0