MİNə 3 qol qaldı - STATİSTİKA
17.11.2011 - 18:26
“Neftçi” Azərbaycan Premyer Liqasında yeni tarix yazmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi milli çempionatda 1000-ci qolunu vuran ilk komanda olmağa yaxındır.
Tarixi 1992-ci ildən başlayan milli çempionatlarda indiyədək heç bir komanda 1000 qol həddinə çatmayıb. “Neftçi” isə bu göstəricinin 3 addımlığındadır. Premyer Liqanın XIII turunda “Qəbələ”nin qonağı olacaq “ağ-qaralar”ın bu işin öhdəsindən gələcəyi çətin görünür. Lakin ötən tur “Xəzər Lənkəran”a 5 qolun vurulması, üstəlik, Qəbələ təmsilçisinin baş məşqçisiz qalması, “Neftçi” üçün 3 qolun mümkünsüz olmadığını göstərir.
Düzdür, turnir cədvəllərini topladıqda “Neftçi”nin 1000 qol həddini çoxdan keçdiyini görmək olar. Lakin texniki qələbələr sayəsində komandanın hesabına əlavə olunan qollar rəqib qapısına vurulmadan qeyd olunub. Bu yolla hesabında 1027 qol yazılan “Neftçi” 10 texniki qələbə qazanıb. Bu isə o deməkdir ki, 30 qolu futbolçular deyil, İntizam Komitəsi rəsmiləşdirib. Komandanın futbolçuları isə 997 dəfə fərqləniblər.
Yunis Hüseynovla başlayan 997 qolluq tarixdə son yubiley Adrian Neaqadan gəlib. O, 2009-cu il avqustun 22-də “Turan”la matçda hesabı açmaqla, yubiley – 900-cü sevincinin müəllifi olub. Mövsümün 2-ci turunda, mövsümün 2-ci qolunu vuran rumıniyalıdan sonra “Neftçi” 97 dəfə qol görüb. Həmin 817 gün əvvəlki oyundakı 2-ci qolu da nəzərə alsaq, 2009/10 mövsümündə 23, çempionluğun qazanıldığı ötən çempionat 53 dəfə qol vuran bakılılar cari birincilikdə artıq 21 dəfə buna nail olub.
Qeyd edək ki, “Neftçi” 1000-ci qolunu noyabrın 20-də Qəbələdə vura bilməsə, 6 gün sonra Quzanlıda “Qarabağ”la görüşdə buna cəhd edəcək. Əgər 2 oyuna 3 qol vura bilməsələr, “ağ-qaralar” dekabrın 4-də “Simurq”la oyunda azarkeşlərini sevindirməyə borclu olacaqlar.
“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün qolları
* - texniki məğlubiyyət turnir cədvəlində də nəzərə alınmayıb.
“Neftçi”nin tarixi qolları
Vüqar XEYRULLAYEV

| Mövsüm | Vurulan top* | Buraxılan top* | +:- | -:+ | Vurub** | Buraxıb** |
|---|---|---|---|---|---|---|
| 1992 | 104 | 23 | 2* | - | 104 | 23 |
| 1993 | 39 | 11 | 1 | - | 36 | 11 |
| 1993/94 | 37 | 35 | - | 8 | 37 | 11 |
| 1994/95 | 63 | 14 | 1 | - | 60 | 14 |
| 1995/96, 1-ci mərhələ | 42 | 17 | - | - | 42 | 17 |
| 1995/96, 2-ci mərhələ | 18 | 12 | - | - | 18 | 12 |
| 1996/97 | 98 | 20 | - | - | 98 | 20 |
| 1997/98 | 43 | 23 | 2 | - | 37 | 23 |
| 1998/99, 1-ci mərhələ | 57 | 18 | 1 | - | 54 | 18 |
| 1998/99, 2-ci mərhələ | 11 | 7 | - | - | 11 | 7 |
| 1999/2000 | 35 | 17 | - | 1 | 35 | 14 |
| 2000/01 | 57 | 12 | 2 | - | 51 | 12 |
| 2001/02, 1-ci mərhələ | 34 | 7 | - | - | 34 | 7 |
| 2001/02, 2-ci mərhələ | 1 | 0 | - | - | 1 | 0 |
| 2003/04 | 65 | 15 | 1 | - | 62 | 15 |
| 2004/05 | 54 | 19 | 1 | - | 51 | 19 |
| 2005/06 | 51 | 16 | - | - | 51 | 16 |
| 2006/07 | 47 | 15 | - | - | 47 | 15 |
| 2007/08 | 42 | 18 | 1 | - | 39 | 18 |
| 2008/09 | 30 | 21 | - | - | 30 | 21 |
| 2009/10, 1-ci mərhələ | 20 | 14 | - | - | 20 | 14 |
| 2009/10, 2-ci mərhələ | 5 | 6 | - | - | 5 | 6 |
| 2010/11 | 53 | 17 | - | - | 53 | 17 |
| 2011/12 | 21 | 9 | - | - | 21 | 9 |
| 1027 | 366 | 10 | 9 | 997 | 339 |
* - texniki məğlubiyyət turnir cədvəlində də nəzərə alınmayıb.
“Neftçi”nin tarixi qolları
| tarix | oyun | futbolçu | |
|---|---|---|---|
| 1 | 08.05.1992 | Neftçi – Xəzər S | Yunis Hüseynov |
| 100 | 13.10.1992 | İnşaatçı S - Neftçi | Samir Ələkbərov |
| 200 | 22.10.1994 | Xəzər L – Neftçi | Mais Əzimov |
| 300 | 18.09.1996 | Fərid - Neftçi | Yaşar Vahabzadə |
| 400 | 27.09.1997 | Neftçi – Dinamo | Qurban Qurbanov |
| 500 | 31.10.1999 | Neftçi – Kəpəz | Aleksey Stukas |
| 600 | 25.11.2001 | Xəzər Universiteti – Neftçi | Vadim Vasilyev |
| 700 | 13.12.2004 | Neftçi – Kəpəz | Stenli Udenkvor |
| 800 | 10.11.2006 | Bakı - Neftçi | Aqil Məmmədov |
| 900 | 22.08.2009 | Neftçi - Turan | Adrian Neaqa |
| 1000 |
Vüqar XEYRULLAYEV
0
0