“Araz”ın şansı azaldı - YENİLƏNİB
18.11.2011 - 23:15
Bu gün futzal üzrə UEFA kubokunun elit mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, B qrupunda qüvvəsini sınayan Azərbaycan çempionu “Araz” II turun oyununa çıxıb.
Dünən baş tutmuş ilk matçda “Eyndhoven”i (Hollandiya) 5:3 hesabı ilə yenən Naxçıvan təmsilçisi bu dəfə Çexiya çempionu ilə qarşılaşıb. Komandamız ilk turda “Barselona”ya 0:6 hesabı ilə uduzaraq, qrupun autsayderinə çevrilən “Era Park Xrudim”lə üz-üzə gəlib. “Araz” qarşılaşmanın favoriti olsa da, gözlənilmədən məğlubiyyətlə üzləşib. Hər hissədə qapısından 2 top buraxan komandamız rəqibi yalnız 3 dəfə məyus edə bilib.
Bununla, “Araz”ın qrup qalibi kimi final mərhələsinə vəsiqə qazanmaq şansı xeyli azalıb. Çünki komandamız sonuncu turda meydan sahibi “Barselona” ilə qarşılaşacaq. Final mərhələsinə yalnız qrup qalibinin yüksəldiyini nəzərə alsaq, İspaniya çempionunun öz meydanında yeniləcəyi inandırıcı görünmür.
Xatırladaq ki, “Barselona” – “Araz” görüşü noyabrın 20-də keçiriləcək.
18 noyabr
21:45. “Era Park Xrudim” – “Araz” - 4:3
Maks, 3; Duqlas, 14; Vladıka, 24; 32 – Borisov, 11; Fərəczadə, 27; Amadeu, 34

0
0