Karlos Alberto Torresin qənimi Azərbaycana gəlir
18.11.2011 - 11:00
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində rəqiblərindən olan Şimali İrlandiya yığmasının baş məşqçi postunu Avraam Qranta tapşıracağı gözlənilir. Apasport.az saytının məlumatına görə, London “Çelsi”nin israilli sabiq çalışdırıcısı Britaniya təmsilçisinin sükanı arxasına keçməyə əsas namizəd sayılır. Təcrübəli mütəxəssis yaxın günlərdə Şimali İrlandiya Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşməlidir.
Bu ölkənin yığması Naycel Uortinqtonun gedişindən sonra baş məşqçi axtarışındadır. O, Avro-2012-in seçmə mərhələsində axırıncı oyun olan İtaliya yığması ilə matçdan sonra istefa verib. Uortinqton bunu yığmasının ötən seçmə mərhələdə uğursuz çıxışı ilə əlaqələndirib. Qrant bu posta təyinat alarsa, həmyerliləri ilə görüşəcək. Belə ki, onun vaxtilə çalışdırdığı İsrail yığması da qrupumuzda yer alıb.
Qeyd edək ki, Qrant məşqçilik karyerasında artıq bir dəfə millimizlə görüşüb. Bu, 2004-cü ilin fevralında Təl-Əvivdə keçirilən yoldaşlıq görüşüdür. Həmin oyunda millimizin baş məşqçisi postunda debüt edən braziliyalı dünya çempionu Karlos Alberto Torres Qrantdan 0:6 hesablı ağır məğlubiyyət almışdı.

0
0