1 qələbə, 3 yubiley
18.11.2011 - 11:08
1 qələbə, 3 yubiley
Futzal üzər UEFA kubokunun elit raundunun ilk turunda Hollandiya “Eyndhoven”ini 5:3 hesabı ilə məğlub edən “Araz” klubu 1 qələbə ilə 3 yubiley qeyd edib. Apasport.az saytının məlumatına görə, bu matç komandalarımızın avrokuboklarda 45-ci oyunu olub. 4-cü dəqiqədə komandamızın ilk qolunu vurub hesabı bərabərləşdirən Amadeu təmsilçilərimizin qitə kuboklarında 130-cu qolunu vurub. Matçdakı sonuncu qol da yubileylə əlamətdar olub. Totanın 40-cı dəqiqədəki son qolu “Araz”ın indiki baş məşqçisi Joze Alesio da Silvanın rəhbərliyi altında qitədə vurduğu 60-cı qol oldu.