“Turan”ın “Bakı” ilə oyuna çıxmayacağı dəqiqləşdi
18.11.2011 - 12:17
“Turan”ın “Bakı” ilə oyuna çıxmayacağı dəqiqləşdi
Premyer Liqa klublarının əvəzedici komandaları arasında ölkə çempionatının XIII turunda “Bakı” – “Turan” oyunu baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb qonaq komandanın meydana çıxmamağıdır.

Maddi problemlər son həddə çatdığından, “Turan” rəhbərliyi əsas komandadan gedən futbolçuların yerini əvəzedici heyətin üzvləri ilə doldurmalı olub. Bu isə o deməkdir ki, “Turan” “Bakı” ilə əsas komandaların görüşündən 1 gün öncə, yəni sabahkı matça əvəzedicilərini meydana çıxara bilməyək. Tovuz klubu bu məlumatı təsdiqləyib.

Nəticədə “Turan”a texniki məğlubiyyət veriləcək və “Bakı”nın əvəzediciləri meydana çıxmadan 3 xalı qazanacaq. “Zolaqlılar”ın əsas komandası isə qarşısına əvəzedici futbolçular çıxacağından, qələbə qazanmaq şansı böyükdür.

Qeyd edək ki, “Turan” “Bakı” ilə matçda iştirak etmək üçün paytaxtımıza oyun günü, yəni noyabrın 20-də səhər saatlarında gələcək. Əsas komandalarının oyunu saat 14:30-da “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək. Əvəzedicilər isə həmin məkanda sabah saat 14:00-da görüşməli idilər.
0