Şensoydan Kavlaka kimi, yaxud “Qəbələ” də türkiyəlini seçdi
18.11.2011 - 12:30
Fatih Kavlak Azərbaycan çempionatında baş məşqçi funksiyasını yerinə yetirəcək növbəti türkiyəli mütəxəssis olacaq. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı “Qəbələ”nin ingilis baş məşqçisi Toni Adamsın gedişindən sonra belə imkan qazanıb.
Klub rəhbərliyi hazırda yeni baş məşqçi axtarmayaraq, Kavlakı baş məşqçi əvəzi təyin etməklə, ona güvəndiyini nümayiş etdirib. Bununla da o, cari mövsümdə komanda meydana çıxaracaq ilk türkiyəli baş məşqçi olacaq. Bu, Premyer Liqanın XIII turunda noyabrın 20-də “Neftçi” ilə ev oyununda reallaşacaq.
Ötən mövsüm milli çempionatımızda yeganə türkiyəli baş məşqçi Naci Şensoy oldu. O, qış fasiləsində “Turan”ın “sükanı arxası”na keçdi. Əslində, bu qayıdış idi və Şensoy ona doğma olan Tovuz təmsilçisinə 3-cü dəfə rəhbərlik etdi. Ölkəmizə türkiyəli məşqçilərin yolunu da məhz Şensoy açıb. Bu, başa çatmayan 2001/02 mövsümündə idi. Həmin vaxt çempionat yekunlaşmadığından, ölkəmizdə fəaliyyəti qısa müddətli olan Şensoyun 2-ci gəlişi 2004-cü ilin yayına təsadüf etdi. Həmin vaxt AFFA rəhbərliyi dəyişikliyi nəticəsində futbola böyük diqqət olduğundan, klublarımıza böyük sərmayə ayrılan dövr idi. İddiası artaraq, çempionluq uğrunda mübarizə aparan “Turan” Şensoyla il yarım çalışdı və siyasətini dəyişərək, türkiyəli çalışdırıcı ilə də yollarını ayırdı. 53 yaşlı çalışdırıcı Tovuz klubuna 3-cü fəaliyyəti daha qısa müddətli oldu və mövsüm bitməmiş qovuldu.
Ölkəmizdə yeganə mükafatçı yeganə baş məşqçi isə Rasim Kara oldu. Özü də o, 2 müxtəlif klubumuzu çalışdıran yeganə türkiyəlidir. 2004/05 mövsümün gedişində Nazim Süleymanovu “Xəzər Lənkəran”ın baş məşqçisi postunda əvəzləyən Kara elə debütdəcə çempionluğun bir addımlığında olsa da, “qızıl oyun”da “Neftçi”yə uduzdu – 1:2. Nəticədə gümüş medalçı olan türkiyəli növbəti mövsümün əvvəlində istefaya göndərildi.
Bundan sonra qısa müddət klub rəhbərliyində yer alaraq, ardından vətəninə qayıdan Kara 2007-ci ilin qışında ölkəmizə qayıtdı. Həmin vaxt “Qarabağ”a keçən Kara nəticə qazanmayaraq, heyətini daha çox gəncləşdirməyə üstünlük verdi. 61 yaşlı mütəxəssis 2008/09 mövsümünün startına 1 həftə qalmış Ağdam klubundan gedərək, “Xəzər Lənkəran”ın baş məşqçisi postuna qayıtmağı üstün tutdu. Ancaq orada heç ilk dövrə işləməyən Kara elə “Qarabağ”dan Lənkərandan aldığı məğlubiyyətdən (1:3) sonra istefa verərək, ölkəmizi birdəfəlik tərk etdi. Karanın köməkçilərindən olan Şenol Fidan həmkarının ilk gedişindən sonra 3 oyunda baş məşqçi əvəzi oldu. Lənkəran klubu Süleymanovu istefaya göndərəndən sonra “sükanı”nı tapşırdığı bu çalışdırıcı ilə 2005/06 mövsümünün ilk dövrəsini bitirdi.
Azərbaycanda baş məşqçi kimi çalışan digər tanınmış türkiyəli mütəxəssis Fuad Yamanı saymaq olar. Ancaq elə məhz o, ölkəmizdə ən uğursuz əcnəbi çalışdırıcı oldu. Belə ki, Yevlaxın “Karvan” klubu cəmi 1 oyuna, 2005/06 mövsümünün ilk turunda “Bakı” ilə Tofiq Bəhramov adına Respublika stadionunda matça çıxaran Yaman 0:1 hesablı məğlubiyyətdən sonra qovuldu.
Mehmet Əli Türkmən isə Sumqayıtın “Gənclərbirliyi” klubunun milli çempionatımızda ilk baş məşqçisi kimi tarixə düşdü. Özü də o, Karadan əvvəl gəlmişdi və Şensoydan sonra ölkəmizdə çalışan 2-ci türkiyəli mütəxəssis oldu. Ancaq tale elə gətirdi ki, Türkmən elə Karanın çalışdırdığı “Xəzər Lənkəran”a Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 0:6 hesablı məğlubiyyətdən sonra qovuldu.
Ölkəmizdə baş məşqçi işləmiş ən tanınmış türkiyəli futbolçu isə Bülənt Korkmaz oldu. 2000-ci ildə UEFA kubokunu başı üzərinə qaldıran “Qalatasaray”ın əfsanəvi kapitanı bundan 2 il sonra Türkiyə yığmasının heyətində dünya çempionatının bürünc medalını qazandı. “Qalatasaray”ın baş məşqçisi postundan gedəndən sonra “Bakı”nın sükanı arxasına keçən Korkmaz fəaliyyəti 6 ay oldu. 43 yaşlı keçmiş müdafiəçi 2009/10 mövsümünün “altılığ”ında “Neftçi”yə səfərdə məğlubiyyətdən (0:1) sonra postundan getdi. Onu əvəzləyən elə həmyerlisi oldu və “Bakı” mövsümü baş məşqçi funksiyasını icra edən Cüneyt Biçərlə başa vurdu. 36 yaşlı çalışdırıcının təyinatı çox uğurlu oldu və mövsüm ölkə kuboku, çempionatımızın gümüş medalını qazanmaqla başa vuruldu. Həmin mövsümdən sonra “Bakı” ilə yollarını ayıraraq, vətənində “Altay” klubunda məşqçi işləyən Biçər bu il ölkəmizə qayıtdı. O, hazırda “Xəzər Lənkəran”ın idman direktorudur.
Biçər kimi gənc çalışdırıcı olan Kavlak indi özünü göstərmək imkanına malik olub. Debütdə rəqibin “Neftçi”, ardından “Bakı” ilə səfər oyunu olan türkiyəlini “siftə”də çətin sınaqlar gözləyir. Özü də “Qəbələ” artıq 5 məğlubiyyət alıb və yenə uduzarsa, “altılığ”a düşmək işini çətinləşdirəcək. Qəbələlilər bundan sonra ardıcıl 3 ev oyununa çıxacaq. Bu, əvvəl ölkə kubokunda “Neftçala”, ardından Premyer Liqada “Sumqayıt Şəhər” və “İnter”lə matçlardır. Həmin oyunlarda “Qəbələ” uğurlu çıxış edərsə, Kavlak özünə olan etimadı artıracaq.
Qeyd edək ki, ölkəmizə 2009-cu ildə Kavlak ilk olaraq “Qarabağ”da çalışıb. Daha çox fiziki hazırlığa cavabdeh olan türkiyəli orada 1 mövsüm işləyib. Kavlak Toni Adamsın “Qəbələ”nin baş məşqçisi təyin olunandan sonra bura dəvət olundu. Qəbələlilərin Adamsa kimi baş məşqçiləri yerlilər – Faiq Cabbarovla Ramiz Məmmədov olub.
Mehman SÜLEYMANOV

0
0