“Dopinq-testə gülə-gülə getdik” - MÜSAHİBƏ
18.11.2011 - 14:20
Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Milli komandanı Tiranada ilk dəfə kapitan kimi meydana çıxardınız. Baş məşqçi Berti Foqts Albaniya ilə oyunda gördüyünüz işdən razı qaldımı?
- Yığmanı kapitan kimi meydana çıxarmaq mənim üçün böyük şərəfdir. Həmin oyunda uğurlu nəticəni çox istəyirdim. Şükür Allaha, səfərdə Albaniyanı məğlub etdik. Bu şansı mənə verdiyi üçün Berti Foqtsa minnətdaram. Amma unutmaq olmaz ki, yığmanın əsas kapitanı Rəşad Sadıqovdur. Sadəcə, Rəşad zədələndiyindən Foqts mənə etimad göstərmişdi. Bacardığım qədəri ilə işimin öhdəsindən gəlməyə çalışdım. Məncə, tapşırılanı yerinə yetirdim.
- Həmin qələbədən sonra Almaniyada “Union Berlin”ə uduzduq. Kluba məğlubiyyətin əsas səbəbi nə idi?
- Almanlarla qarşılaşmaq bizim üçün həqiqətən də böyük təcrübə oldu. Adı bir az qəliz görünsə də, çox yaxşı komandadır. Deyərdim ki, Berlin təmsilçisi hətta Albaniya millisini güc və səviyyə baxımından geridə qoyurdu. Görüşü təxminən 5 minə yaxın azarkeş izlədi. Çox maraqlı qarşılaşma idi. Buraxdığımız bəxtsiz qolun acısını çəkdik. İkinci hissə tam üstünlüyümüz şəraitində keçsə də, hesabı bərabərləşdirə bilmədik. Unutmaq olmaz ki, Foqts Berlində çox sayda gənc oyunçuya güvəndi.
- Son 2 oyunda əsas heyətin əksər üzvü meydana çıxmadı. Demək olarmı ki, Foqts Azərbaycanda artıq yeni komanda formalaşdırır?
- Bunu tam demək olmaz. Çünki əksər futbolçular müəyyən səbəblər ucbatından oynamırdılar. İnşallah, onlar qarşıdakı qarşılaşmalarda yenə əsas heyətdə yer alacaqlar. Amma istənilən halda, yeniləri yoxlamaq, onlara şans vermək lazımdır.
- Başa çatmaqda olan ilin əksər oyunlarında iştirak etmisiniz. Milli komandamız üçün 2011-ci ili necə dəyərləndirə bilərsiniz?
- Nəticəyə baxıb desək ki, nəsə etmişik, düz deyil. Biz bundan da yaxşı nəticələrə imza ata bilərdik. Gücümüz var. Azərbaycan çempionatında oynaya-oynaya yaxşı nəticələrə yiyələnmək çox çətindir. Bizim ən azından 3-4 futbolçumuz Rusiya, Ukrayna və ya Türkiyədə oynasa, millimiz daha yaxşı nəticələr əldə edə bilər. Bizim üçün Azərbaycandan çıxan yolu açmaq lazımdır.
- Yığmanın oyunlarından sonra diqqətlər yenə Premyer Liqaya yönəlib. Qarşıda komandanızı “Qəbələ” ilə səfər oyunu gözləyir. Rəqibin baş məşqçisi Toni Adamsın istefa verməsi xeyrinizə, yoxsa əleyhinizə ola bilər?
- “Qəbələ”yə yeni nəfəs gələcək. Məncə, bizim üçün mənfi haldır. Amma onlar haqqında çox düşünmürük. “Qəbələ”yə adi rəqib gözü ilə baxırıq, həmişəki futbolumuzu oynayacağıq. Məqsədimiz qələbə qazanıb, xalla qayıtmaqdır.
- Türkiyə ilə görüşdən sonra Mahir Şükürovla yanaşı, siz də dopinq-testə aparılmışdınız. Həmin an Mahir hansısa həyəcan keçirmirdi ki?
- Yox. Hər şey normal idi. Dopinq-testdən keçməyə Mahirlə gülə-gülə getdik. Normal test verdik. Ağlımıza da gəlmirdi ki, pis nəticə ilə üzləşərik. Odur ki, Mahirdə heç bir həyəcan yox idi.
- Yayılan məlumatlara inansaq, Mahir testdən üzüağ keçə bilməyəcək...
- Şükürova uğurlar arzulayıram. Bir kiçik qardaş kimi, həmişə onun yanındayam. Çünki Mahir Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı oyunçulardan biridir.
- Testdən sonra sizə nəsə deyilib?
- Yox. Hələ yoxlayacaqlar. Nəticələrin nə vaxt açıqlanacağını bilmirəm. Bu bir gündə həll olunan bir şey deyil. Onlar testi götürdükdən sonra baxılması üçün başqa yerə göndərirlər.

0
0