Pul yoxdu, Əsgər Abdullayev də yoxdu
18.11.2011 - 13:41
Maliyyə problemləri ilə üzləşən “Turan”da vəziyyət gündən-günə pisləşir. Apasport.az saytının xəbərinə görə, artıq əvəzedici komandanın sabahkı oyuna çıxmayacağı dəqiqləşib.
Belə ki, əvəzedici heyət əsas komandanın forması altında oynayacaq. Buna səbəb isə maaşlarını ala bilməyən əsas komanda üzvlərinin hələ də düşərgəyə dönməmələridir. Bəs görəsən, komandanı oyuna kim çıxaracaq?
Əsgər Abdullayev hələ də Tovuza dönməyib. Üstəlik, təcrübəli futbolçuların oynamaqdan imtinasından sonra onun gənclərə rəhbərlik etməsi heç də inandırıcı deyil. Belə olan təqdirdə, köməkçi-məşqçi Eltay Aslanovun komandanın “sükanı arxası”na keçəcəyi gözlənilsə də, o, da buna razılıq verməyib.
Meydana əvəzedici komanda çıxacağına görə, komandaya da əvəzedicilərin baş məşqçisi Elxan Abdıyev başçılıq edəcək. Xəbəri məşqçinin özü də təsdiqlədi: “Komandanı “Bakı” ilə oyuna mən çıxaracam. Çünki meydanda əvəzedicilər olacaq. Legionerlər Tovuzda olsalar da, oynamayacaqlar”.

0
0