Diqqət Premyer Liqaya: “Xəzər Lənkəran” zirvədən düşəcəkmi?
18.11.2011 - 14:07
Azərbaycan yığmasının yoldaşlıq görüşləri ilə əlaqədar Premyer Liqada 2 həftəlik fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, yubiley – XX çempionatımız nəhs (XIII) turla davam edəcək. Özü də ötən turlardan fərqli, bu dəfə oyunlar yenidən həftəsonu – şənbə və bazar günü bərabər sayda keçiriləcək.
Tura mərkəzi oyunla yekun vurulacaq. Söhbət turnir cədvəlində qonşu olan “İnter”lə “Qarabağ”ın “Şəfa” stadionunda keçiriləcək görüşündən gedir. “Bankirlər” cari mövsümdə ilk məğlubiyyətini aldığı komandanı qəbul edəcək. “İnter”in digər məğlubiyyətinin “Bakı” ilə matçda meydanı tərk etdiyinə görə aldığı 0:3 hesablı texniki nəticə olduğunu nəzərə alsaq, oyunda yalnız “Qarabağ”a uduzub. “İnter” rəqibin məğlubiyyətin əvəzini çıxsa, onunla xal fərqini 7-yə qaldıraraq, böyük üstünlük qazanacaq.
Lider “Xəzər Lənkəran” ötən tur səfərdə “Neftçi”yə 0:5 hesablı məğlubiyyətdən sonra ilk dəfə doğma publika qarşısına çıxacaq. Əlbəttə, prinsipial rəqibin xal fərqini minimuma endirdiyini nəzərə alsaq, liderliyini qorumaq üçün mütləq qalib gəlmək lazımdır. Ancaq rəqib “Rəvan”ın ilk dövrədə lənkəranlılardan xal aldığını da nəzərə almaq lazımdır. Cənub təmsilçisi cari mövsümdə ilk xal itkisinə məhz debütantla matçda məruz qaldı. “Xəzər Lənkəran”ın xal itirib, ən yaxın izləyicisinin qalibi gəlməyi liderliyin dəyişilməyi ilə nəticələnəcək.
“Qəbələ” – “Neftçi” oyunu da böyük maraq doğurur. Qəbələlilər ingilis baş məşqçisi Toni Adamsın istefa verdiyindən, çempionla görüşə onun rəhbərliyi altında çıxa bilməyəcək. Komanda yeni baş məşqçi təyinatına kimi Adamsın köməkçilərindən olmuş türkiyəli Fatih Kavlaka tapşırıldı.
Rəqibdə baş məşqçi dəyişikliyi çempionun xeyrinədir və hazırda yüksəlişdə olan “ağ-qaralar” səfər matçından qalib ayrılmağa çalışacaq. Kavlaklı “Qəbələ” isə ilk ciddi sınaqdan nəticə qazanmaqla, çıxmalıdır. Çünki artıq 5 məğlubiyyəti olan komandanın hər mənada qələbəyə böyük ehtiyacı var və “altılığ”a düşmək işini çətinə salmamalıdır.
Elxan Abdullayevin istefasından sonra “Qəbələ”yə böyük hesabla qalib gələn (3:0) AZAL ardıcıl 2-ci ev oyununa çıxacaq. Baş məşqçi əvəzi Rafiq Mirzəyev son vaxtlar enişdə olan “Kəpəz”i də məğlub etməyə çalışacaq.
Zaqatalada autsayderlərin dueli olacaq. Kuboku da nəzərə alsaq, son 3 oyunda qalib gələn “Sumqayıt Şəhər” bu uğurlu çıxışını davam etdirmək istəyir. Komandanın turnir cədvəlində özündən irəlidə olan “Turan”da maddi problemlər nəticəsində vəziyyətin ən gərgin həddə çatmağı sumqayıtlıların xeyrinədir. Yəni “Turan” “Bakı”nın qarşısına əvəzedicilərini çıxarmalı olacaq və “Sumqayıt Şəhər” son pilləni tovuzlulara təhvil verib, ilk dəfə ondan qurtula bilər.
19 noyabr
16:00. AZAL – “Kəpəz”
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
Bakı. “AZAL Arena” stadionu.
İlk dövrədəki oyun – 3:1.
Bakıdakı oyunların balansı: 2 oyun: +1=1-0 (1-0).
2005/06 – 1:0, 2010/11 – 0:0.
16:00. “Simurq” – “Sumqayıt Şəhər”
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Elşən Acalov, Rauf Cabbarov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
İlk dövrədəki oyun – 1:0.
Zaqatalada ilk dəfə görüşəcəklər.
16:30. “Xəzər Lənkəran” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Rahil Ramazanov, Anar Göyçayski.
Lənkəran. Şəhər mərkəzi stadionu.
İlk oyun – 1:1.
Lənkəranda ilk dəfə görüşəcəklər.
20 noyabr
14:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
Qəbələ. Şəhər stadionu.
İlk dövrədəki oyun – 0:2.
Qəbələdəki oyunların balansı: 6 oyun: +1=1-4 (4-10).
2006/07 – 1:4, 2007/08 – 2:3, 2008/09 – 0:1, 2009/10 – 1:0 (təsnifat), 0:0 (“altılıq”), 2010/11 – 0:2 (təsnifat).
14:30. “Bakı” – “Turan”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu.
İlk dövrədəki oyun – 2:0.
Bakıdakı oyunların balansı: 11 oyun: +9=1-1 (26-6).
1997/98 – 2:0, 1998/99 – 1:0 (təsnifat), 1999/00 – 2:0, 2000/01 – 4:1, 2003/04 – 0:1, 2004/05 – 0:0, 2005/06 – 1:0, 2006/07 – 2:0, 2007/08 - 2:2, 2008/09 – 7:0, 2009/10 – 2:1 (təsnifat), 2010/11 – 3:1 (təsnifat).
18:00. “İnter” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
Bakı. “Şəfa” stadionu.
İlk dövrədəki oyun – 0:1.
“İnter”in ev oyunları: 12 oyun: +6=3-3 (9-7).
1999/00 – 0:0, 2000/01 – 0:0, 2003/04 – 0:2, 2004/05 – 1:0, 2005/06 – 2:0, 2006/07 – 1:0, 2007/08 – 1:0, 2008/09 – 1:1, 2009/10 – 2:1 (təsnifat), 0:1 (“altılıq”), 2010/11 – 1:0 (təsnifat), 0:2 (“altılıq”).
Bombardir: Bahodir Nasimov (Neftçi) - 6.

| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
|---|---|---|---|---|---|---|---|
| 1 | Xəzər Lənkəran | 12 | 8 | 2 | 2 | 17-12 | 26 |
| 2 | Neftçi | 12 | 8 | 1 | 3 | 21-9 | 25 |
| 3 | İnter | 12 | 7 | 3 | 2 | 11-7 | 24 |
| 4 | Qarabağ | 12 | 6 | 2 | 4 | 16-12 | 20 |
| 5 | Bakı | 12 | 5 | 4 | 3 | 15-11 | 19 |
| 6 | Qəbələ | 12 | 4 | 3 | 5 | 12-16 | 15 |
| 7 | Rəvan | 12 | 3 | 5 | 4 | 15-16 | 14 |
| 8 | AZAL | 12 | 3 | 4 | 5 | 15-16 | 13 |
| 9 | Simurq | 12 | 3 | 3 | 6 | 10-13 | 12 |
| 10 | Kəpəz | 12 | 3 | 3 | 6 | 16-20 | 12 |
| 11 | Turan | 12 | 3 | 1 | 8 | 8-15 | 10 |
| 12 | Sumqayıt Şəhər | 12 | 2 | 3 | 7 | 7-16 | 9 |

0
0