Azərbaycanla oyunu buraxdı, “Kəpəz”lə görüşə hazırlaşır
18.11.2011 - 14:34
Millimizlə yoldaşlıq görüşünü buraxan AZAL-ın albaniyalı futbolçusu Ervin Bulku sıraya dönüb. Apasport.az saytının məlumatına görə, məşqlərə başlayan yarımmüdafiəçi yığmamızla noyabrın 11-də Tiranadakı yoldaşlıq görüşünə çağırılsa da, sonradan heyətdən çıxarılmışdı. Ervin “təyyarəçilər”in Premyer Liqanın növbəti turunda “Kəpəz”lə sabahkı ev oyununa hazırlaşır. Onun meydanı çıxmağı ilə bağlı komandanın baş məşqçi əvəzi Rafiq Mirzəyev qərar verəcək.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0