Rəşad Sadiqov: Çalışacağıq ki, “İnter”lə oyunda bu sindroma son qoyaq
18.11.2011 - 16:21
“İnter” bu il olduqca yaxşı təsir bağışlayır. Sadəcə, ilk turda bizə uduzublar. Düzdü, həmin oyunda zədə üzündən çıxış etməmişdim. Amma həqiqətən “bankirlər” həmin görüşdə yaxşı oynamışdılar”. Apasport.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Rəşad Sadiqov klubunun rəsmi saytına açıqlamasında deyib.
Əsas kapitan Fərhad Vəliyevin yoxluğunda sarğını daşıyan yarımmüdafiəçi Premyer Liqanın növbəti turunda “İnter”lə səfər oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Rəşad rəqibin kollektiv futbol nümayiş etdirdiyini bildirib: “İnter”in konkret hansısa cəhətini fərqləndirməyim düzgün olmazdı. Ən azından oyunları xoş təsir bağışlayır. “Qarabağ” bütün oyunlara qələbə üçün çıxır. Amma bazar gün baş tutacaq oyun çətin olacaq. Bu oyunda istənilən nəticə qeydə alına bilər. Oyunun süni meydanda keçirilməsi də “İnter”in xeyrinədir. Düzdü, meydan düz olur, amma rəqib doğma arenasında oynayacaq deyə üstünlük qazanacaq. Çalışacağıq ki, oyundan maksimum nəticə qazanaq”.
Rəşad millinin Albaniya və Almaniyada keçirdiyi yoxlama oyunlarından sonra “Qarabağ”ın şanlarını dəyərləndirib: “Hə, o, düzdür ki, milli oyunlardan sonra “Qarabağ” həmişə xal itirir. Amma bunu konkret nə iləsə əlaqələndirmək də olmur. Yorğunluqmu, yoxsa futbolçuların oyuna birlikdə hazırlaşa bilməməyinin fəsadımı, deyə bilmərəm. Amma fakt faktlığında qalır. Çalışacağıq ki, “İnter”lə oyunda bu sindroma son qoyaq”.

0
0