Araz Abdullayev: “Renn” klubunda oynamağa hazıram
18.11.2011 - 17:07
"Neftçi"nin yetirməsi Araz Abdullayev Fransanın "Renn" klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, hazırda müqavilə ilə "Everton"a (İngiltərə) məxsus olub, icarə əsasında "Neftçi"də oynayan yarımmüdafiəçi bununla bağlı fikirlərini bildirib: "Bildiyiniz kimi, işçi vizası probleminə görə İngiltərə Premyer Liqasında çıxış edə bilmirəm. Buna görə də icarə əsasında Avropanın digər klublarına keçidim mümkündür. Hər iki klub və menecerlər bunun üzərində çalışırlar. Avropanın "Renn" kimi güclü klubunun mənimlə maraqlanmasından məmnunam. Lakin hazırda zədəliyəm, müalicə olunuram. İnşallah, tezliklə sağalıb, "Renn"in düşərgəsinə yollanmaq istərdim. Amma bu, "Neftçi" və "Everton" rəhbərliyinin razılığından sonra mümkün ola bilər. Hər bir halda, "Renn"də oynamağa hazıram".
Qeyd edək ki, Araz Abdullayev zədəsini tez bir zamanda sağaltsa, dekabrın 4-9-u aralığında Fransanın iddialı klublarından olan və hazırda Avropa Liqasında mübarizə aparan "Renn"in düşərgəsində olmalıdır.
Qeyd edək ki, Araz Abdullayev zədəsini tez bir zamanda sağaltsa, dekabrın 4-9-u aralığında Fransanın iddialı klublarından olan və hazırda Avropa Liqasında mübarizə aparan "Renn"in düşərgəsində olmalıdır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0