Futbol yığmamız Yunanıstanla qarşılaşa bilər
18.11.2011 - 20:02
Azərbaycan yığmasının (U-17) qatılacağı Valentin Qranatkinin xatirə turnirinin iştirakçılarının tam siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək sayca 24-cü yarışda mübarizə aparacaq sonuncu komandanın da adına aydınlıq gəlib.
Yarışa qatılacaq 12 komandadan 11-i xeyli əvvəldən bilinirdi. Ardıcıl 4-cü dəfə turnirdə oynayacaq millimizlə yanaşı, Belarus, Çin, Çexiya, Finlandiya, İtaliya, Latviya, Litva, Rusiya, Türkiyə, Ukrayna da mükafat uğrunda mübarizə aparacağını təsdiqləmişdi. Artıq 12-ci komandanın adı müəyyənləşib ki, bu da Yunanıstan millisidir.
Qeyd edək ki, əsasnaməyə uyğun olaraq, gələn il yarışda 1994-cü il təvəllüdlülər çıxış edəcək.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0