İqor Ponomaryov: Ad çəkib, heç kimi ürkütmək istəmirəm
18.11.2011 - 19:15
Azərbaycan yığmasının sabiq futbolçusu Anatoli Ponomaryov Nigeriyaya yollanıb. Bu haqda apasport.az saytına futbolçunun atası İqor Ponomaryov məlumat verib.
O bildirib ki, FİFA agenti olan oğlu “qara qitə”yə dəvət edilib: “Tolya futbolçuların müxtəlif klublara keçidini reallaşdırmaqla məşğuldur. Bir neçə dəfə İngiltərədə olub. Son həftələrdə orada idi. İndi isə Nigeriyaya gedib. Onu dəvət ediblər ki, bir sıra futbolçulara baxsın. Anatoli menecer sahəsində nəsə uğurlu iş görməyə çalışır. Onlar üçün gənc futbolçuların iştirakı ilə turnir təşkil ediblər. Bu da seçim imkanı üçün yaradılan şəraitdir. Tolya bəyəndiklərini gələcəkdə Avropaya gətirəcək”.
Uzun illərdir İsveçrə yaşayan Ponomaryovun sözlərinə görə, Anatoli tanınmış bir futbolçunu İngiltərənin Premyer Liqa təmsilçisinə düzəltməklə məşğuldur: “Gəlin, bu məsələdə tələsməyək. Nə vaxt bu məsələ həll olunar, müqaviləyə imza qoyular, onda açıqlayarıq. İndi ad çəkib, heç kimi ürkütmək istəmirəm. Onu deyə bilərəm ki, yaxşı futbolçudur. Düzdür, Kaka, Ronaldinyo kimi böyük adı yoxdur. Ancaq özünə görə tanınmış futbolçudur. Onunla ciddi maraqlanırlar, klubda olub, bəyəniblər, müqavilə bağlamaq istəyirlər. Düzdür, Tolya indi Nigeriyaya getdiyindən, qayıdandan sonra bununla məşğul olacaq”.
Qeyd edək ki, 29 yaşlı Anatoli ötən qış fasiləsində karyerasını bitirərək, menecerliyə başlayıb.

0
0