Azərbaycanlı məşqçilərə futbol dərsi - FOTO
18.11.2011 - 17:46
Azərbaycanlı məşqçilərə futbol dərsi - FOTO
Noyabrın 15-də Futbol Akademiyasında AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı lisenziya kurslarının üçüncü mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, isveçrəli mütəxəssis Dani Rayserin rəhbərliyi ilə keçirilən bu mərhələyə noyabrın 19-da yekun vurulacaq. İsveçrəlinin dərs keçdiyi məşqçilər arasında Qurban Qurbanov, Vladislav Qədirov, Vəli Qasımov, Babək Alxasov, Yaşar Vahabzadə kimi çalışdırıcılar da var.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunan Pro kateqoriyalı lisenziya kurslarının ilkin mərhələsi bu il iyunun 27-dən iyulun 2-dək, ikinci mərhələsi isə sentyabrın 26-dan oktyabrın 8-ə qədər olan müddətdə keçirilib.
0